248pxTanrı quzusuFransisko de Surbaran, 1635–1640Kətan üzərində yağlı boya, 38 × 62 smPrado muzeyi, Madrid, 220pxTanrı quzusuFransisko de Surbaran, 1635–1640Kətan üzərində yağlı boya, 35,56 × 52,07 smSan-Dieqo İncəsənət Muzeyi,San-Dieqo,

Tanrı quzusu (, ) — Barokko dövrü ispan rəssamı Fransisko de Surbaran tərəfindən işlənmiş rəsm əsəridir. Surbaran, 1653–1640-cı illərdə əsərin bir-birindən çox az fərqlənən altı versiyasını işləmişdir. Hazırda onlardan üçünün yeri məlumdur. Məlum olan əsərlər Prado muzeyi, San-Dieqo İncəsənət Muzeyi və Salvador Plandiuranın kolleksiyasında saxlanılır.

Dini mövzulu əsərin mövzusu Bibliyanın "Həvarilərin işləri" (8:32) hissəsindən götürülmüşdür: "Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi ağzını açmadı. "

Prado versiyası Əsərin daha bitkin və yaxşı saxlanmış versiyası Madriddəki Prado muzeyinin kolleksiyasına daxil olmaqla daimi ekspoziyadadır. 38×62 sm ölçüyə malik olan əsər, icra texnikası və təkmilliyinə görə ispan barokkosunun ən incə və vacib nümunələrindən biri hesab edilir.

Plandiuranın koleksiyasındakı versiyası Həm də "Ayaqları bağlanmış qoyun" adı ilə tanınan ikinci versiya, Salvador Plandiuranın Barselonada saxlanan kolleksiyasına daxildir. Həmin versiya 60×83 sm ölçüsü ilə əsərin məlum versiyaları arasında ən böyük olanıdı.

San-Dieqo versiyası San-Dieqo İncəsənət Muzeyi "Tanrı quzusu" əsərinin üçüncü versiyasını Anna R. və Emmi Puntemin vəsiyyəti sayəsində əldə etmişdir. San-Dieqo versiyası əsərin məlum versiyaları arasında ən kiçik ölçülü olanıdır. Onun tərəfləri 35,56 х 52,07 sm-ə bərabərdir.

İstinadlar

Xarici keçidlər Agnus Dei en la Galería online del Museo Nacional del Prado. Ficha de Agnus Dei at ARTEHISTORIA.

Kateqoriya:Françisko de Zurbaranın rəsm əsərləri Kateqoriya:Barokko dövrü rəsm əsərləri Kateqoriya:İspan rəssamlarının Prado muzeyindəki əsərləri Kateqoriya:Alleqorik rəsm əsərləri Kateqoriya:İncəsənətdə heyvanlar Kateqoriya:Dini rəsmlər Kateqoriya:1630-cu illərin rəsm əsərləri Kateqoriya:Əhdi-cədidə əsaslanan rəsmlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər