Vatslav Şimanovski (tam adı: Vatslav Şimanovski, ; ) — Polşa heykəltaraşı və rəssamı. Varşavanın Lazenki parkındakı müəllifi olduğu, bəstəkar Frederik Şopenin heykəlinə görə məşhurdur.
Həyatı Şimanovski Varşavada anadan olmuşdur. O, jurnalist və yazıçı Vatslav Şimanovskinin (9 iyul 1821 – 21 dekabr 1886) oğlu, fizik və siyasətçi Vatslav Şimanovskinin (14 aprel 1895 – 15 yanvar 1965) atasıdır.Encyklopedia powszechna PWN (1976), vol. 4, p. 372.
Təxminən 1895-ci ilədək rəssam-heykəltaraş əsasən polyak alpinistlərin və Hutsulların janr rəsmlərini, eləcə də portret çəkməklə məşğul olurdu.
Daha sonra heykəltaraşlığa qayıdaraq modern-simvolizm üslubda əsərlər yaratmağa başladı. O, Krakovda Artur Qrotgerin, Varşavada Frederik Şopenin heykəllərini dizayn etməklə bərabər, məzar abidələri (atasının Varşavanın Povonski məzarlığındakı qəbri də daxil olmaqla) və portret büstləri də hazırlamışdır. Şimanovski 70 yaşında Varşavada vəfat etmişdir.
Şopenin heykəli 1907-ci ildə Şimanovski hazırda Varşavanın Lazenki parkında yerləşən Frederik Şopenin bürünc heykəlini hazırlamışdır. Heykəl əvvəlcə 1910-cu ildə, Şopenin anadan olmasının yüz illiyində hazır olmalı idi, ancaq dizaynla əlaqədar mübahisələr, sonra isə I Dünya müharibəsinin başlaması ilə təxirə salındı. Abidə müharibədən sonra - 1926-cı ildə təhvil verildi.
Rəsm əsəri Alpinistin taleyi, 1887 (Lviv Muzeyi)
İstinadlar
Kateqoriya:Ar-nevü rəssamları Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:Polşa rəssamları