Kaqalaska adası (, ) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir.

Coğrafiya 14 km uzunluğa, 11 km enə malikdir. Sahəsi 164 km² təşkil edir. Qərbdən Kaqalaska boğazı ilə Adak (minimal eni — 400 m), şərqdə yerləşən Kiçik Tanaqa boğazı ilə isə (eni 1,9 km) Kiçik Tanaqa adasından ayrılır.

Aleut adalarına daxil digər adalardan fərqli olaraq sıx kolluqlar və qumlu dyunlarla örtülmüşdür. Dəniz quşlarının əsas yuvalama ərazilərindən sayılır.

İstinadlar

Kateqoriya:Andreyanov adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları