Əsədullahın evi — Şuşa şəhərində, Komsomolskaya küçəsi 29 ünvanında yerləşən tarix-memarlıq abidəsidir.

Memarlıq xüsusiyyətləri

Şuşa yaşayış evləri memarlığının daha sadə növünə aid olan Əsədullahın evi əsas ox boyunca yerləşdirilmiş iki otaq və yer səviyyəsindən bir qədər hündürdə olan eyvandan ibarətdir. Eyvanı fasad boyunca düzülmüş taxta sütunlar saxlayır. Evin eyvana açılan böyük otağının divarı iri şəbəkə pəncərə və onun iki tərəfində yerləşdirilmiş iki adi pəncərədən ibarətdir. Üzbəüz yerləşən digər divarda isə cumaxudan adlanan nişlər yerləşir. Onlar qablar və digər ev əşyalarının saxlanılması üçün istifadə edilirdi. İstinadlar

Ədəbiyyat

Həmçinin bax Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu

Kateqoriya:Qarabağ abidələri Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Şuşanın görməli yerləri