Gültəkin Yunis qızı Hacıbəyli () — Azərbaycan Respublikasının Milli Məclisi II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü.
Həyatı Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir.
1997–2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub.
1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.
Ailəsi Bir oğlu var.
Siyasi fəaliyyəti Azərbaycan Respublikası Milli Məclisinin (2-ci və 3-cü çağırış) deputatı seçilib. Deputatlıq dövründə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.
2011-ci ildən Ziyalılar Forumunun, 2013-cü ildən Demokratik Qüvvələrin Milli Şurasının və qurumun Koordinasiya Mərkəzinin üzvüdür.
2025-ci ildə Türkiyədə saxlanılıb və 2026-cı ildə Türkiyədən 5 illik deportasiya edilib və Azərbaycana göndərilib. Onun adı Ramiz Mehdiyev işində hallanan şəxslər siyahısındadır.Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edildiGültəkin Hacıbəyli Azərbaycana deportasiya edildi
Mənbə Azərbaycanın qadın siyasətçiləri
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Hüseyn Cavid adına 132 nömrəli tam orta məktəbin məzunları