Türkiyə tarixi, dram və döyüş teleserialı olan Möhtəşəm əsr teleserialının birinci mövsümünün premyerası 5 iyun 2011-ci ildə Show TV kanalında baş tutmuş, 24 seriyadan ibarət olan birinci mövsümün final seriyası isə 24 iyun 2011-ci ildə nümayiş edilmişdir. Teleserialda Osmanlı İmperiyasının ən güclü hökmdarlarından biri, 10 il 1 ayını səfərdə keçirmiş və bununla da Osmanlı İmperiyasının ən çox səfərə çıxan və ən çox səfərdə vaxt keçirən hökmdarı kimi tarixə düşmüş, "Möhtəşəm Süleyman" ləqəbi ilə tanınan Sultan Süleymanın həyatından bəhs edilmişdir. Həmçinin teleserialda Sultan Süleymanın Xürrəm Sultanla olan eşqi, Xürrəm Sultanın övladları üçün daxil olduğu taxt mübarizəsi və dövrün saray həyatı öz əksini tapmışdır. Birinci mövsüm ümumilikdə 24 seriyadan ibarət olmuş, hər seriyası isə təxminən 100–120 dəqiqə nümayiş olunmuşdur.

Seriyalar Kateqoriya:2011-ci il televiziya mövsümləri Kateqoriya:Sultan Süleyman Qanuni