Shahed 171 Simorgh (Azərbaycan dili: “Simurq quşu” və ya “Zümrüd quşu”; bəzən S-171), Shahed Aviasiya Şirkəti tərəfindən istehsal edilmiş olan, İranın reaktiv təyyarələrə dəstək məqsədilə istifadə etdiyi “uçan qanad” (Flying wing) dizayınına malik olan PUA-sıdır.
İran tərəfindən ələ keçirilmiş Lockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatının tam ölçülü kopyasıdır. Shahed 171 Simorgh Pilotsuz uçuş aparatı RQ-170 aparatına əsaslanan, İranın uçan qanadlı pilotsuz uçuş aparatlarından biri və Saegheh ilə birlikdə, istifadə edilən və eyni zamanda onunla tez-tez qarışıq salınan, Saegheh pilotsuz uçuş aparatının daha kiçik versiyasıdır. İlk uçuşunu 2014-cü ildə həyata keçirmişdir. Hal-hazırda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir.
Dizayn
Simurq pilotsuz uçuş aparatının, eniş çarxlarına və şinlərə qədər olan hissəsi Lockheed Martin RQ-170 Sentinelin dəqiq bir nüsxəsidir. Əsasən fiberglas (şüşə lif) materialından istifadə edilərək istehsal olunduğu görünür. Bir tədqiqatçı iddia edir ki, çəkisi, mühərriki və dözümlülüyü RQ-170-dən zəifdir.
İran aparatın döyüş sursatları ilə silahlandırıla biləcəyini iddia etməsi Qərb analitikləri tərəfindən mübahisələrə səbəb olmuşdur.
Statusu
300px|thumb|İran istehsalı olan Simurq pilotsuz uçuş aparatının yandan görünüşü
2014-cü ildə Simurq “ucuz saxta” adlandırılmış və İranın yaydığı fotolar “xam örnəklər” hesab edilmişdir. Müstəqil analitiklər, məsələn, uçan qanad dizaynı üçün uçuşa nəzarət sisteminin çox tələbkar olduğuna işarə edərək Saegheh-ə ciddi şübhə etdiklərini ifadə etmişdirlər.
2014-cü ildəki məlumata görə ikisi istehsal mərhələsində idi. 2014-cü ildə İran tərəfi bildirmişdir ki, 2015-ci ilin mart ayına qədər dörd ədədi xidmətə qəbul ediləcək.
PUA ilk dəfə 2015-ci ilin may ayında görülmüşdür və 2016-cı ilin oktyabr ayında İranın dövlət televiziyasında aparatın uçuş kadrları göstərilmişdir. Ceynin (Jane) təhlili PUA-nı Kaşan Hərbi Hava Bazasına yerləşdirmişdir.
Simurqun faktiki olaraq hər hansısa bir əməliyyat zamanı istifadə edilməsi məlum deyil və ola bilər ki, 2018-ci ildən sonra layihəyə son verilmişdir.
Bəzi mənbələr bir ədəd Shahed 171-in 2018-ci ilin fevral ayında baş vermiş olan İsrail-Suriya münaqişəsi zamanı vurulmuş ola biləcəyini bildirirlər, lakin vurulmuş PUA, ehtimal ki, ona çox oxşar olan Saegheh olmuşdur.
İstifadəçilər
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri
thumb|300px|İran istehsalı olan Simurq pilotsuz uçuş aparatı
İstinadlar
Kateqoriya:İran sənayesi Kateqoriya:Pilotsuz uçuş aparatları