Bakı döyüşü (, ) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Daşnak–Sentrokaspi qüvvələri arasında olmuş döyüş. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Buna baxmayaraq, Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan–Ermənistan müharibəsi ilə davam etmişdir.Yale, William (1968) Near East: A Modern History p. 247Dadyan, Khatchatur(2006) Armenians and Baku, p. 118
Tərəflərin qüvvələri
Qafqaz İslam Ordusu
Bakı Kommunası Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ Birinci Dünya müharibəsi getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu.
1918-ci il martın əvvəllərində S. Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir. B. Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000–13.000 süngü), 3 yüzlük süvari, topçu və çevik qüvvələr var. Bakı Sovetinə qoşulan L. Biçeraxovun dəstəsində isə 1500 nəfərdən çox döyüşçü var idi. İyulun 1-nə olan vəziyyəti təsvir edən general Denstervilin qeydlərinə görə, vuruşan Qırmızı Ordunun sayı azı on minə çatırdı. Şahidlərdən biri yazır ki, Bakıda zorla səfərbərlik keçirilsə də, toplanan əsgərlər rüşvətlə evlərinə buraxılırdı. Siyahıya görə, Sentrokaspi Diktaturasının 72 min əsgəri var idi ki, onlardan da 40 mininə silah paylanmışdı, reallıqda isə 3–4 min nəfər toplanmışdı. Osmanlı mənbələrinə əsasən, Bakıda son hücum ərəfəsində 12.500 döyüşçü var idi.
Bakı Kommunası qoşunlarında zirehli texnika zirehli qatar və avtomobillərlə təmsil olunmuşdu. Zirehli qatar Birinci Dünya müharibəsinin ağır silahlarına aid edilir, qoşunları atəşlə dəstəkləyən manevrli silahlardan hesab olunurdu. Bundan başqa Bakı dəniz aviasiyası zabit məktəbinin 20-yədək hidrotəyyarəsi var idi. Əsas təyyarə parkı səkkiz ədəd M-5 tipli təyyarədən, iki M-9 və bir ədəd M-30 təyyarəsindən təşkil olunmuşdu. Onlardan başqa burada sınaq təyyarələri də vardı. Məktəbdə D. Qriqoroviçin M-9 hidrotəyyarəsi sınaqdan keçirilmiş və bu təyyarə tədricən M-5-ləri əvəz etməyə başlamışdı. D. Qriqoroviçin M-12 qırıcı və M-15 kəşfiyyatçı hidrotəyyarələri də Bakıda sınaqdan keçirilir, silahlı qüvvələrə qəbul ediləndən sonra hər təyyarədən iki ədədi burada saxlanılır. Lakin Bakı Sovetinin hərbi rəhbərliyi bundan kifayət qədər yararlana bilmədi. Belə ki, hidrotəyyarə və aeroplanların sayı uçmağı bacaran təyyarəçilərin sayından çox idi (Bakı Sovetinin apardığı siyasət nəticəsində çar ordusunun zabitləri kimi pilotlar da "sinfi düşmən" qismində təqib olunmuş, bu isə 1918-ci ilin yay döyüşlərində özünü büruzə vermişdi).
İyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 3 səhra batareyası, 1 dağ və 1 minaatan batareyaları, о cümlədən digər silah və texnika vardı. İyunda Rusiyadan 12 ədəd dörddüymlük top, üç keşikçi gəmisi və üç minadaşıyan gəmi gətirildi. Həmçinin Bakıya yeni "Nyupor" təyyarələri ilə silahlanmış aviadəstə göndərildi. Bu təyyarələri də gətirən üç eşelon həmçinin Ter-Qabrielyanın Saratovdan aldığı zirehli avtomobillər, silah-sursat Həştərxanda gəmilərə yükləndi və iyunun 23-də Bakıya çatdı. İyulun əvvəllərində Həştərxandan Bakı Soveti qoşunlarının avtonəqliyyat dəstəsi üçün 100 pud karbid, həmçinin Saratovdan böyük silah və sursat partiyası göndərildi. Başda Sovet Rusiyası Dəniz işləri üzrə Xalq Komissarlığının tapşırıqlar üzrə komissarı V. F. Poluxin olmaqla 170 nəfərdən ibarət dənizçi dəstəsi gəmilərlə Bakıya gəldi. Dəstə Baltik donanmasından dəniz topları olan üç eşelon və onlar üçün sursat gətirdi. İyulun ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23–24-də Rusiyadan Bakıya yeni silah-sursat partiyası çatdırıldı. İyulun 24-də Həştərxandan dördtoplu atlı batareya, daha sonra silah — sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat, dərman və sarğı materiallarından ibarət böyük karvan göndərildi. İyulun axırlarında Petrovun başçılığı ilə Bakının müdafiəsi üçün göndərilmiş yaxşı silahlanmış dəstə şəhərə bir altıtoplu batareya gətirdi.
Rusiyadan daim silah və sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə əvvəlki döyüşlərdə məğlub olan Bakı Soveti qoşunlarında ruh düşkünlüyü elə həddə çatmışdı ki, texniki vasitələrlə vəziyyətdən çıxmaq mümkün deyildi. Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da əldə olan böyük silah və sursatdan yararlanmağa çalışırdı. Bolşeviklərdən fərqli olaraq keçmiş çar ordusunun zabitlərinə arxalanan, bundan da çox ingilis qoşunlarının köməyinə bel bağlayan Sentrokaspi Diktaturasının hərbi liderləri aviasiyadan, hərbi donanmadan, zirehli qatar və avtomobillərdən, eləcə də artilleriya sistemlərindən daha bacarıqla istifadə edir, texnikanın bütün imkanlarından yararlanmağa çalışırdılar. İngilis təlimatçılarının köməyi, bir çox hallarda isə birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan işlərə öz təsirini göstərirdi. Bununla belə, vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı.
Şimal və Cənub qruplarının hərəkəti Qafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının köməyinə göndərildi.Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 243 Petrov və tabeliyindəki qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatdı. Şaumyan tərəfindən Bakı Hərbi Komissarlığına gətirildi. Bakı və ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə xitabən bir bildiriş yayan Petrov, Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsin silaha sarılaraq onlara kömək etmələrini istəmişdi. Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan, Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra, Qafqaz İslam Ordusu Bakının 60–70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə də artmışdı. Qafqaz İslam Ordusunun Cənub qrupu 22 iyul 1918-ci ildə Sığır məntəqəsində, Şimal qrupu isə Mərəzə-Qalaçandağı xəttində yerləşmişdi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 571Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 109–110
Qızıl Ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Türk Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. İxtisaslı mütəxəssis tapmaq çətin oluduğundan, işlər ləng gedirdi.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 108–109
Şərq cəbhəsi komandanlığı, bəzi çatışmazlıqlar səbəbindən irəli getməyə bir az ara vermək fikrindəydi. Bu fikrini Nuru paşaya bildirdi. Bakı üzərinə yerimək üçün ehtiyac duyulan cəbbəxana, su və ərzaq təminatını yoluna qoyana qədər irəli getməyə ara verilməsini xahiş etdi.
Şimal qrupu iaşə maddələrinin təminat mərkəzi olan Kürdəmirdən 100 kilometr uzaqlaşmışdı. Şimal qrupu komandiri, məsafənin uzaqlığını nəzərə alaraq və su sıxıntısının aradan qaldırılması üçün, Şamaxıda 15–20 günlük ərzaq ehtiyatı hazırlanmasının yerində olacağını bildirdi.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 112 Nuru paşa bu təklifə verdiyi cavabda, dünyadakı siyasi şərtlərin vaxt itkisini qəbul etmədiyini nəzərə çatdıraraq, Bakının tezliklə ələ keçirilməsini bildirdi. Nuru paşanın cavabı belə idi:
"Cəbhədəki düşmən pərişan, gücsüz və mənəviyyatı da pozuqdur. Uşaq-muşaqdan meydana gələn xalq, düşmənin çəkilməsini çətinləşdirir. Bakı ətrafındakı türk kəndlərindən su, ərzaq və çörək tapmamız mümkündür. Lüzumsuz dayanmalar olmadan, tezliklə əməliyyatın bitirilməsi gözlənilir."Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 113–114
Bu əmrə əsasən ordu birləşmələri 26 iyulda olduqları yerdən irəli hərəkətə başladılar. Cənub qrupu Qarasu stansiyasına girdi və minbaşı Əhməd Həmdi bəyin başında durduğu Cavad dəstəsi ilə əlaqə saxlaya bildi. Daşnak və bolşevik birlikləri Qarasu-Hacıkənd istiqamətində geri çəkilirdi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 572Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 114–119
Şimal qrupu isə Mərəzə yaxınlığında bir düşmən birliyinə basqın edərək, biri zirehli olmaqla üç yük maşını ələ keçirdi. Burada gedən mübarizədə ölənlər arasında, bir az əvvəl İrandan Bakıya gələn ingilislərdən, biri zabit olmaqla dörd əsgər də var idi. Əsir götürülənlər arasında isə, biri zabit olmaqla dörd ingilis və bir erməni var idi.
Şimal qrupu hərbi birləşmələri 28 iyulda Cəngibostan bölgəsini aldı. Cəngibostanda olan 150 süvari və 200 piyadadan ibarət düşmən qüvvələri, bir top və iki zirehli maşın qoyaraq geri çəkilmişdi. Kəşfiyyat nəticəsində Cəngibostan ətrafındakı Kosalar kəndinə qədər gedilmişdi.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 121 thumb|left|280px|Qafqaz İslam Ordusunun Azərbaycanda hərəkət planı Cənub qrupu da 27 iyulda Hacıqabul məntəqəsini düşməndən aldı. Bu qrupun tabeliyində olan 38-ci piyada alayının 2-ci batalyonu şimal qrupunun tabeliyinə keçərək Boyanata dağı istiqamətində hərəkət etdi. Nuru paşa Bakıya ediləcək həmlədə Şimal qrupunun mümkün qədər güclü olmasını istəyirdi. Bunun üçün Gəncədə dayanan 38-ci piyada alayının 3-cü batalyonunun da Kürdəmirə göndərilməsini əmr etdi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 573
Şimal qrupunun önündə irəliləyən 2-ci nizami süvari alayı, 28 iyulda Kosalar ətrafında, 150 süvari, iki top və zirehli maşınlardan ibarət düşmən qüvvələri ilə qarşılaşdı. Bolşevik və ermənilərin 200-ə qədər piyada və 50 süvaridən ibarət əlavə qüvvələri 10-cu Qafqaz alayının təzyiqi altında geri çəkilmək məcburiyyətində qaldı. Cənub qrupu da eyni gündə Pirşağı stansiyasının qərbinə çatmışdı. Düşmənin atıcı birlikləri ilə zirehli qatarının bu stansiyada, Xəzər dənizindəki zirehli döyüş gəmilərinin də Ələt yaxınlığında olduğunu təyin etdi. Düşmən təyyarələrindən biri Cəngibostan – Boyanata dağı bölgəsində, digəri isə Hacıqabul və ətrafında kəşfiyyat uçuşları həyata keçirirdi.
Qafqaz İslam Ordusu Komandanlığı Bakının ələ keçirilməsi üçün verilən əmrləri dayanmadan təkrarlayırdı. Hərəkət, mənzil təşkilatı, qol və qatarı olmadan yürüdülürdü. Cəbbəxana isə çox uzaqlardan, təhlükəli yollardan keçərək gəlirdi. Əsgərlər, bir çox döyüçlərdə sursat yoxluğundan süngü hücumuna keçmiş, bəzi yerlərdə hərəkəti dayandırmaq məcburiyyətində qalmışdılar. Kürdəmirdə olduğu kimi, qalib gəlmək şansı olan bir əməliyyatda geri çəkilmək əmri verilmişdi. Bu əskikləri nəzərə alan komandanlıq, Mənzil-Qərargahın Şamaxıda qurulmasını əmr etdi. Lazımi işlərin başlanılması üçün 5-ci Qafqaz piyada diviziyası komandanlığı sərəncamındakı qollar Mənzil Müfəttişliyinin tabeliyinə verildi.Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 116–122