Onlar Allaha inanırdılar (; Onlar Allaha inanırdılar : 50 Nobel mükafatı laureatı və digər dahi alimlərin etirafları) — Tixomir Dimitrovun dünyaşöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirlərinin daxil edildiyi kitab. Bu kitab on bir illik tədqiqatların nəticəsidir.
Məzmun
“Onlar Allaha inanırdılar” kitabına dünyaşöhrətli alim və yazıçıların Allah haqda sənədlərlə sübut olunmuş fikirləri daxil edilib. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. Müəllif bu kitabı tərtib etmək üçün yüzlərlə kitab, məqalə və məktubları tədqiq etmiş, əsasən də, Bolqarıstan Milli Kitabxanasının (Sofiya), Milan İctimai Kitabxanasının (Milan) və Avstriya Milli Kitabxanasının (Vyana) arxivlərindən istifadə etmişdir. Hazırda həyatda olan bir çox Nobel mükafatı laureatları ilə yazışmış və onların Allah haqqında fikirlərini öyrənmişdir.
Nəşr
Kitab 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 224 səhifədə 60x90 ölçüsündə çap edilib.
İstinadlar
Həmçinin bax
Teizm Nobel mükafatı Nobel mükafatı laureatlarının siyahısı
Xarici keçidlər
Goodreads-də Onlar Allaha İnanırdılar Тихомир Димитров, Они верили в Бога: пятьдесят нобелевских лауреатов и другие великие ученые
50 Nobel mükafatçısı: Onlar Allaha inanırdılar Kitabın adı: "Onlar Allaha inanırdılar"