Boeing/Saab T-7 Red Hawk (Qırmızı Şahin) ilkin olaraq bilinən adı, Boeing TX, İsveç/ABŞ müştərək istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveçin Saab AB və ABŞ-nin Boeing şirkəti tərəfindən müştərək olaraq istehsal edilmişdir. 27 sentyabr 2018-ci ildə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən Northrop T-38 Talonu əvəz etmək üçün qabaqcıl pilot təlim sistemi (TX) proqramının qalibi seçilmişdir. Prototip məqsədi ilə hələlik cəmi 2 ədəd istehsal edilmişdir.
Dizayn və inkişaf
ABŞ Hərbi Hava Qüvvələrinin Hava Təhsili və Təlim Komandanlığı (AETC) Northrop T-38 Talonun dəyişdirilməsi üçün tələbləri 2003-cü ilin əvvəlindən inkişaf etdirməyə başladı. Əvvəlcə, əvəzedici təlim təyyarəsinin 2020 ətrafında xidmətə girməsi gözlənilirdi. 2008-ci ildəki qəza nəticəsində T-38C-nin iki nəfər şəxsi heyəti həyatını itirdi və Hərbi Hava Qüvvələri ilkin əməliyyat qabiliyyətinin (IOC) hədəflənmə tarixini 2017-ci ilə qədər irəli çəkdi.. 2013-cü ilin maliyyə büdcəsi təklifində USAF 2016-cı maliyyə ilindən əvvəl icrası mümkün olmayan bu layihəni 2020-ci ilin büdcəsinə qədər təxirə salınmasını təklif etdi. Azalan büdcələr və daha yüksək prioritetli modernləşdirmə layihələri TX proqramının qalibi olan IOC-u “2023 və ya 2024-cü maliyyə ili”nə kimi təxirə saldı. Proqram 2014-cü ilin büdcəsindən tamamilə kənarda qalsa da, xidmət yenə də təlim təyyarəsi layihəsinə prioritet kimi baxırdı..
İsveçin aerokosmik şirkəti olan Saab AB ilə birlikdə, Boeing şirkətinin yarışa qatılması ilə, əkiz quyruqlu, iki nəfərlik oturacaqlı (tandem oturacaqlı) və geriyə çəkilə bilən üç təkərli eniş dəstinə sahib olan, tək mühərrikli qabaqcıl reaktiv təlim təyyarəsi olan Boeing TX modeli meydana çıxdı. Təqdim olunan təyyarə və nümayiş etdirilmiş modelləri afterburner sistemli turbofan General Electric F404 ilə təchiz edilmişdirlər.
Boeing 13 sentyabr 2016-cı ildə öz təyyarəsini ictimaiyyətə təqdim etdi. İlk TX təyyarəsi 20 dekabr 2016-cı ildə uçdu.
27 sentyabr 2018-ci il tarixində Boeingin dizaynının ABŞ Hərbi Hava Qüvvələrinin T-38 Talonunu rəsmi olaraq əvəzləyəcək yeni qabaqcıl reaktiv təlim təyyarəsi olduğu elan edildi. Cəmi 351 təyyarə və 46 simulator, texniki(xidmət, təmir, təminat) təlim və dəstək 9,2 milyard ABŞ dolları dəyərində bir proqramla təmin ediləcəkdir.
2019-cu ilin may ayında Saab, Purdue Universiteti ilə ortaq olaraq, İndianada TX üçün ABŞ-də bir istehsal müəssisə açacağını açıqladı.
16 sentyabr 2019-cu ildə təyyarənin rəsmən Tuskegee Airmen və Curtiss P-40 Warhawka hədiyyə olaraq T-7A Red Hawk (T-7A Qırmızı Şahin) olaraq adlandırılacağı açıqlandı.
Variantları BTX-1 Qiymətləndirmə üçün nəzərdə tutulmuş olan iki prototip modeli. T-7A ABŞ Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş olan təyyarə
İstifadəçilər
ABŞ Hərbi Hava Qüvvələri
Xüsusiyyətləri
Ümumi xüsusiyyətlər
Ekipaj: 2 Uzunluq: 46 ft 5.0 in (14.15 m) Qanad eni: 32 fut 9.7 in (10 m) Hündürlük: 13 ft 1.4 in (4.0 m) Mühərrik: 1 ədəd General Electric F404 yanma sonrası (afterburner) turbofan, 11.000 lbf (49 kN) quru itələmə, 17.700 lbf (79 kN) afterburner ilə Maksimum sürət: 808 mph (1300 km/saat, 702 kn) Mənzili: 1.143 mil (1.839 km, 994 nmi) Xidmət tavanı: 50,000 fut (15,240 m) Qalxma (dırmanma) sürəti: 33.500 fut/dəq (170 m / s
İstinadlar
Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Təyyarələr Kateqoriya:ABŞ təyyarələri Kateqoriya:ABŞ texnikası Kateqoriya:Saab təyyarələri Kateqoriya:Birmühərrikli reaktiv təyyarələr Kateqoriya:Boeing təyyarələri