Eldor Azamat oğlu Şomurodov (; ) — Rostov FK və Özbəkistan milli futbol komandasının hücumçusudur.
Karyerası Karyerasına 2011-ci ildə "Məşəl Mübarək" də başlamış, klubun gənc komandasında çıxış etmişdir. 2011–2014-cü illərdə "Məşəl" də oynayıb. Şomurodov 12 aprel 2014-cü ildə səfərdə Olmaliq ilə qarşılaşmada Özbək Liqasında əsas heyət üçün rəsmi debütünü etdi. Ümumilikdə 2014 mövsümündə klub üçün 9 qol vurdu. 2015-ci ildə "Bunyodkor" ilə müqavilə bağladı. Liqada 19 oyun keçirdi və 7 qol vurdu (1 oktyabr 2015-ci il tarixinə).
15 iyul 2017-ci ildə "Bunyodkor" Şomurodovun Rusiya Premyer Liqa klubu "Rostov" a keçdiyini elan etdi.
Beynəlxalq karyerası Özbəkistan U19 yığmasında 2014-cü ildə 19 yaşadək AFC çempionatında oynamış və 2015 FIFA U-20 Dünya Kubokuna vəsiqə qazanmışdır. U-20 komandasının 2015 U-20 Dünya Kubokunda keçirdiyi 5 oyunun hamısında oynamış və 2 qol vurmuşdur.
Şomurodov 3 sentyabr 2015-ci ildə DÇ-2018-in Yəmənə qarşı seçmə matçında oynayacağı əsas milliyə çağrıldı. Həmin matçda rəsmi olaraq milli komanda üçün debüt etdi. 8 oktyabr 2015-ci ildə Bəhreynlə səfər matçında milli komanda üçün ilk qolu və Özbəkistan tərəfinə 4–0 hesablı qələbəni qazandırdı.
İstinadlar
Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Kalyari FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:İstanbul Başakşehir FK futbolçuları Kateqoriya:Rostov FK futbolçuları Kateqoriya:Özbəkistan futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları