Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (; , YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu. Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan təşkilat 2006-cı ildə təsis edilmişdir. Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi.
Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniya və fahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi.
YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.
Həmçinin bax Kürdüstan Fəhlə Partiyası Xalq Qoruma Dəstələri
İstinadlar
Kateqoriya:Kürdüstan Fəhlə Partiyası Kateqoriya:2013-cü ildə yarananlar Kateqoriya:2013-cü ildə yaradılmış hərbi hissələr və birləşmələr Kateqoriya:2013-cü ildə yaranan siyasi təşkilatlar