Orxon Vadisi (Monqolca: Орхоны хөндийн соёлын дурсгал) — mərkəzi Monqolustandakı Orxon çayının sahilində, paytaxt Ulan-Batordan təxminən 320 km qərbdə yerləşir. Orxon vadisi 2004-cü ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Orxon vadisinin tarix baxımından böyük əhəmiyyəti vardır. Uyğur xaqanlığı və bir zamanlar dünyanın ən böyük imperiyası olan Monqol İmperiyasının paytaxtları Orxon vadisində yerləşir. Bu səbəbdən, Orxon vadisi Böyük Hun imperiyası, Göytürk xaqanlığı, Uyğur xaqanlığı və Monqol imperiyasına aid arxeoloji qalıqlar, qədim şəhər və yaşayış mərkəzlərin dağıntıları, yazılı və dik daşlar, qəbirlər, və Buddist məbədlərinin yerləşdiyi, çoxsaylı tarixi məlumat ehtiva edən mədəni bir irs kimi qəbul edilir. Bu qədər zəngin mədəni məzmunlu region hələ də köçərilərin yaşadığı, heyvanlarını otardığı, və bu mədəni irslərə dəyər verərək, qoruyaraq yaşadığı bir yerdir. Köçkünlər üçün yüz illər əvvəlki bir neçə dəyişiklik kimi həyat da davam edir.

Coğrafiya və İqlim Orxon vadisi Monqolustanın mərkəzində, dəniz səviyyəsindən təxminən 1500 m yüksəklikdə yerləşir. Qobi səhrası və Sibir meşələri kimi tamamilə 2 fərqli region arasında və Asiya su sərhədi üzərində yerləşən Çöl ərazisidir. Bu səbəbdən bölgənin coğrafi və təbii gözəllikləri heyrət vericidir. Yalnız 100 km məsafədə çöl, meşə və səhra kimi tamamilə fərqli bitki örtüyü olan əraziləri görmək mümkündür.

Bölgənin iqlimi isə dünya iqlim zonalarından "Kontinental Soyuq İqlimi" xüsusiyyətinə malikdir. Yağıntının miqdarının çox az olduğu bu bölgədə hava istiliyinin dəyişməsi son dərəcə yüksəkdir. Hava istiliyi qışda -35 dərəcəyə, yayda isə +35 dərəcəyə çata bilər. Gün ərzində gecə və gündüz hava temperaturu dəyişimi də çoxdur. Bölgədə illik yağıntının miqdarı 200–250 mm-dir və yağıntının 75% -i yalnız iyul və avqust aylarında olur. Lakin sərt iqlimə malik Monqolustanda bu bölgə Huvsgöl (ölkənin şimalı) qədər soyuq və ya Qobi səhra (ölkənin cənubu) qədər isti olduğundan turizm üçün ən əlverişli iqlimə malik regiondur. Bundan başqa, havadakı rütubət nisbəti da ölkə içərisindəki ən münasib yerlərdən biridir.

700px|thumb|center| Orxondan geniş mənzərə

Mədəniyyət tarixi Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Bilgə Xaqan abidəsində Azərbaycancaya tərcümə etdikdə, belə deyilir:

1220 km² ərazini əhatə edən Orhun Vadisi 2004-cü ildə YUNESKO tərəfindən Dünya İrsi siyahısına daxil edildi və bütün dünya üçün əhəmiyyətli bir dəyəri olduğu üçün bölgədəki təbii və mədəni sərvətlər qorunur.

Orxon çayı boyunca tarixi yerlər;

Göytürk xaqanlığı dövründə 8-ci əsrdə ucaldılmış Orxon abidələri, Bilgə xaqan abidəsi, Kültigin abidəsi və Tonyukuk kitabəsi. Kültigin abidəsi 250px|thumb|right|Monqolustandakı Orxon muzeyində Orxon yazılarından biri olan Kültigin yazısı sərgilənir. ikinci türk xaqanlığının banisi İhəris xaqanın kiçik oğlu, məşhur türk sərkərdəsi, yenilməz bahadır Kül tiginin (685-ci ildə anadan olmuş, 27 fevral 731-ci ildə vəfat etmiş, 1 noyabr 731-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. Abidənin mətni yazılmış daş 1 avqust 732-ci ildə qoyulmuş, 733-cü ilin sonunda hazır olmuşdur. Kültigin abidəsi 1889-cu ildə rus alimi N.M .Yadrintsev tərəfindən Monqolustanda Kokşin-Orxon rayonunda, Orxon çayı hövzəsində - onun qolları Tola və Höla çaylan arasında Saydam gölü yaxınlığında Erdeni Tzsu budda monastrından 60 km şimalda, Ulan-Batordan 400 km qərbdə, Uqurnor gölündən 25 km cənubda, Karabalqasun şəhərinin xarabalıqlarından 40 km qərbdə tapılmışdır. Abidənin üst hissəsi kəsik piramida şəklindədir. Boz mərmərdən olan piramidanın iki üzü enli, iki üzü dardır. Enli üzlərdən biri Çin heroqlifləri ilə Çin dilində, qalan üç üzü göytrük əlifbası ilə türk dilində Kül tiginin böyük qardaşı ulu türk hökmdarı Bilgə xaqanın dilindən yazılmışdır. Türk mətninin müəllifı "Kül tiginin kiçik qohumu", Bilgə xaqandan sonra türk taxtında oturmuş Yolluqtigindir. Abidənin nəşri ilk dəfə 1894-cü ildə V.V.Radlov tərəfindən (alman dilində) həyata keçirilmişdir. Kültigin abidəsinin indiyədək ən yaxşı tarixi-filoloji tədqiqi P.M.Melioranski tərəfindən onun magistrlik dissertasiyasında həyata keçirilmişdir; bu dissertasiya 1899-cu ildə "Kül tigin şərəfinə abidə" adı ilə nəşr edilmişdir. Bu abidənin rusca yeni nəşri 1951-ci ildə S.Y.Malov tərəfindən edilmişdir. Kül tigin abidəsi 1936-cı ildə ilk dəfə H.N.Orkun tərəfindən türk dilində nəşr edilmişdir. Sonralar Mühərrəm Ergin də onu türk dilində dəfələrlə nəşr etdirmişdir. Daha sonra Tələt Təkin Kül tigin abidəsini ingilis dilində nəşr edir. Kültigin abidəsi Azərbaycan dilində göytürk əlifbası ilə mətn, transkripsiya və tərcümədə ilk dəfə Ə.C. Şükürov və A.M. Məhərrəmov tərəfindən 1976-cı ildə həyata keçirilmişdir. Bu abidə 1993-cü ildə göytürk əlifbası ilə mətn, giriş, transkripsiya, tərcümə, izahlar və lüğət şəklində nəşr etdirilmişdir.

Bilgə xaqan abidəsi 250px|thumb|left|Göktürk əlifbası ilə türkcə yazılan Bilgə Tonyukuk kitabələri Orxon yazılarının bir hissəsidir Bilgə xaqan abidəsi, İkinci Türk xaqanlığının banisi İltəris xaqanın böyük oğlu, məşhur sərkərdə Kül tiginin böyük qardaşı, 716-734-cü illərdə ulu xaqan olmuş Bilgə xaqanın (683-cü ildə anadan olmuş, 24 noyabr 734-cü ildə, yəni it ili doqquzuncu ayının 26-da vəfat etmiş, 22 iyun 735-ci ildə dəfn edilmişdir) şərəfinə qoyulmuşdur. abidəsi Kültigin abidəsinin yaxınlığında, ondan bir qədər cənub-şərqdədir. Abidə Kül tigin abidəsi ilə eyni vaxtda - 1889-cu ildə N.M. Yadrintsev tərəfindən kəşf edilmişdir. Bilgə xaqan abidəsi Kültigin abidəsi ilə birlikdə Koşo-Saydam abidələri adlanır. Bu abidə ilk dəfə V.V. Radlov və P.M. Melioranski tərəfindən 1897-ci ildə "Orxon ekspediyası əsərlərinin toplusu - IV" adı altında nəşr edilmişdir. Topluda hər iki Koşo-Saydam abidəsinin V.V. Radlov tərəfindən təsviri verilir, P.M. Melioranski isə mətnin rüs dilinə tərcüməsinin, habelə abidələrin göytürk əlifbası ilə yeddi cədvəlinin müəllifıdir. Bilgə xaqan abidəsinin rus dilidə nəşri - mətn, transkripsiya və rus dilinə tərcümə şəklində S.Y.Malov tərəfindən 1959-cu ildə nəşr edilmişdir. H.N. Orkun 1936-cı ildə Bilgə xaqan abidəsini mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşr etmişdir. Abidəni ingilis dilində transkripsiya və tərcümə şəklində 1968-ci ildə Tələt Təkin nəşr etmişdir. Abidənin mətn, transkripsiya və türk dilinə tərcümə şəklində nəşri dəfələrlə Mühərrəm Ergin tərəfindən həyata keçirilmişdir. Abidəni Azərbaycan dilində ilk dəfə göytürk əlifbası ilə mətn, transkripsiya və Azərbaycan dilinə tərcümə, habelə giriş və qeydlər şəklində 1993-cü ildə Ə.Ə. Rəcəbov etmişdir. Bundan başqa onun Bilgə xaqan abidəsi haqqında və Bilgə xaqanın şəxsiyyəti haqqında məqalələri də çap edilmişdir. Mütəxəssislərin fikrincə, Ongin, Kül tigin və Bilgə xaqan abidələri aşina qəbiləsinə məxsusdur. Qeyd etmək lazımdır ki, bu üç abidənin paleoqrafiyası və dili bir-birinə çox yaxındır.

Tonyukuk abidəsi