250px|thumb|right|Gül kələminin püresi Püre () — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir.

Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir.

Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.

Körpələr və çeynəməkdə əziyyət çəkənlər üçün yemək bütünlükdə püre halında servis edilə bilər (duz və digər ədviyyatlar əlavə edilmədən).

Geniş yayılmış pürelər Geniş yayılmış pürelərə alma, gavalı və tərkibindəki şirəsinə görə əzilmiş digər meyvələrin püresi daxildir. Baba qanuş (badımcan) Yaşıl soğan püresi Ful medames (at paxlası) Humus (qoyunnoxudu) Noxud şorbası, paxla şorbası və mərcimək şorbası Pimento (Avropa zeytunu)

Aşağıdakı meyvə və tərəvəzlər çox vaxt püre kimi servis olunur: Alma Arrakaça Yerkökü Maniok Gül kələm Noxud Kartof Balqabaq Raps Qarğıdalı Pomidor Xiyar turşusu Manqo Ananas Amerika perseyası

İstinadlar

Kateqoriya:Kulinariya terminologiyası Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Meyvə xörəkləri Kateqoriya:Desertlər Kateqoriya:Fransa mətbəxi Kateqoriya:Fransız dilindən Azərbaycan dilinə keçmiş sözlər Kateqoriya:Kartof xörəkləri Kateqoriya:Qarnirlər Kateqoriya:Qida hazırlanması texnologiyası Kateqoriya:Qida inqridiyentləri Kateqoriya:Qida məhsulları emalı