Rəfiq Bəhaəddin əl-Həriri (; ) — Livanın sabiq baş naziri.
Həyatı Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır.
Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür. Suriya Rəfiq Həririnin qətlilə əlaqəli olduğu barədə Amerika tərəfindən səslənən iddiaları rədd edir. Rəfiq Həririn qətlindən sonra yaranmış Suriya əleyhinə əhvali-ruhiyyə şəraitində Dəməşq öz qüvvələrini Livan ərazisindən geri çəkdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Livan baş nazirləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr Livan siyasətçiləri Kateqoriya:Livanda vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Öldürülmüş Livan siyasətçiləri Kateqoriya:Livanda qətlə yetirilənlər Kateqoriya:Livanda terror aktlarında öldürülənlər Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Partlayıcı qurğu nəticəsində ölənlər