Arena (), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıbАрена // Энциклопедический словарь Брокгауза и Ефрона.
Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir.
İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.Teatr Ensiklopediyası. Bakı 2016
İstinadlar
Kateqoriya:Növlərinə görə idman qurğuları Kateqoriya:Qədim Roma Kateqoriya:Musiqi meydanları