Səhiyyə iqtisadiyyatı — səhiyyə və sağlamlıq xidmətlərinin istehsalında və istehlakında səmərəlilik, effektivlik, dəyər və davranış ilə əlaqəli məsələləri öyrənən iqtisadiyyatın alt sahəsidir. Ümumi mənada, səhiyyə iqtisadçıları səhiyyə xidmət sistemlərinin necə işləməsini və siqaret çəkmək kimi sağlamlığa təsir edən davranışları öyrənir.
Kennet Errounun səhiyyə iqtisadiyyatını ayrı bir təlim kimi təsnifləndirən, 1963-cü ildə yazdığı məqaləsi sağlamlıq və digər mallar arasındaki məna fərqlərini dərk etməyimizə kömək edəcək böyük fərqlilikləri işıqlandırdı.Arrow, Kenneth (1963). "Uncertainty and the Welfare Economics of Medical Care," The American Economic Review;53(5):941–973 Səhiyyə iqtisadiyyatını digər iqtisadiyyat sahələrindən ayıran xüsusiyyətlərə böyük miqyasda dövlət müdaxiləsi, müxtəlif dərəcələrdə müşahidə oluna bilən qeyri-müəyyənlik, asimmetrik informasiya, giriş əngəlləri, xarici təsir və mübadilə prosesinə təsir edən 3-cü bir qurumun olması göstərilə bilər. Səhiyyə xidmətindəki bu 3-cü qurum mal və ya xidmətin qiymətindən kənarda qalıb, alım qərarlarını verən (laboratoriya testindən keçmək, dərman resepti yazmaq, əməliyyat etmək və s.) həkimdir. Description and 2nd ed. preview .
Səhiyyə iqtisadiyyatçıları xərclər, ödənişlər və sərfiyyat kimi bir sıra maliyyə bilgilərini dəyərləndirərək qərarlar verir.
Qeyri-müəyyənlik həm xəstə nəticələrində həm də iqtisadi qayğılarda səhiyyəyə daxildir. Həkim və xəstə arasında meydana gələn məlumat boşluğu asimmetrik informasiya olaraq adlandırılan, həkim üçün ayrı bir üstünlük yaradır.
Səhiyyə və sağlamlıq nəzərdə tutulursa xarici təsirlər, xüsusilə, yoluxucu xəstəlik kontekstində olanlar tez-tez meydana gəlir. Misal üçün, soyuqlamamaq üçün göstərilən səylər qərarı verən xaricində, digər insanlara da təsir edir.Fuchs, Victor R. (1987). "health economics" The New Palgrave: A Dictionary of Economics, v. 2, pp. 614–19.Fuchs, Victor R. (1996). "Economics, Values, and Health Care Reform," American Economic Review, 86(1), pp. 1–24 (press +).Fuchs, Victor R. ( 1998). Who Shall Live? Health, Economics, and Social Choice, Expanded edition. Chapter-preview links , pp. vii–xi.Wolfe, Barbara (2008). "health economics." The New Palgrave Dictionary of Economics', 2nd Edition. Abstract & TOC.
İstinadlar
Kateqoriya:Səhiyyə iqtisadiyyatı Kateqoriya:Akademik elm sahələri