Dəniz Piyadasına Hərbi Abidə (yaxud İvodzima Memorialı) Virciniyadakı Arlinqton milli qəbiristanı yanında yerləşir, tuncdandır. 1775-ci ildən etibarən ölkəni müdafiə etmiş ABŞ-nin bütün həlak olmuş dəniz piyadaçılarına həsr olunmuşdur. 1954-cü il noyabrın 10-da açılmışdır. Heykəltəraş - Feliks de Ueldon.

Abidə altı dəniz piyadaçını təsvir edir (hündürlüyü 10 metr). 1961-ci ildən, Con Kennedi fərmanına əsasən, abidəsində 24 saat ərzində ABŞ bayrağı yellənir. Bayraq ağacı hündürlüyü 20 metrdir.

Həmçinin bax İvodzima vuruşması

Kateqoriya:ABŞ tarixi Kateqoriya:ABŞ abidələri Kateqoriya:Virciniya Kateqoriya:Arlinqton milli qəbiristanlığı Kateqoriya:ABŞ heykəlləri Kateqoriya:İkinci Dünya müharibəsi