Reynmen, və ya əsl adı ilə Yusuf Aktaş () — Türkiyə vloqçusu, aktyoru və müğənnisi. Scorp və YouTube-dakı videoları ilə tanınmışdır.
Rəhmi Aktaş və Nəsibə Aktaşın ortancıl övladıdır. Yusuf Aktaş 6 dekabr 1995-ci ildə anadan olub. Bir qardaşı və böyük bacısı var. Sivaslı olan Yusuf Aktaş, Ahmet Kabaklı məktəbində oxuyarkən Fatih Sultan Mehmet ibtidai məktəbinə köçürüldü və orada ibtidai məktəbi tamamladı. Ardından Bahçeşehir İMKB Anadolu Texniki və Sənaye Peşə Liseyinə yazıldı. Ancaq oranı bitirmədən Başakşehir Liseyinə keçdi və nəhayət Açıköyretimdə Liseyi tamamladı. Radio və televiziya proqramlaşdırma ixtisası üzrə təhsil alır. Scorp adlı video paylaşma və canlı yayım tətbiqində sosial medianın ən çox izlənilən adlarından biri idi.
2019-cu ildə Reynmen; yeni çalışması "Dərdim Olsun" musiqi video klibi ilə Türkiyənin ən çox izlənilən videoları arasına girdi.
Diskoqrafiya Biziz (ft.) Lil Bege) (2017) Voyovoy (ft. Veysel Zaloğlu) (2017) Toz Duman (ft. Eypio) (2018) Derdim Olsun (2019) Sen Aldırma (Bilal Sonses ilə) (2019) Ela (2019) Leila (2020) Melek (2020) Pare (2021) Yanılmışım (2022) Cehennem (2023) Gitme (2023) Renklensin (2024) Çatma yarim (2025)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:1995-ci ildə doğulanlar Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:YouTuberlər Kateqoriya:Əlifba sırasına görə yutuberlər
Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları