Arlinqton milli qəbiristanlığı — ABŞ-də ən böyük hərbi qəbiristanlıq. Virciniya ştatındakı Arlinqton şəhərində, Potomak çayının sahilində yerləşir.

Ərazisi təqribən 250 hektardır. 1864-cü ildə yaradılan bu qəbiristanlıqda 260 mindən çox şəxs dəfn olunub. 1921-ci ildə Birinci Dünya müharibəsinin Naməlum Amerika Əsgərinin dəfni burada icra edilmişdir. 1958-ci il mayın 30-da İkinci dünya və Koreya müharibəsinin, 1984-cü il mayın 28-də isə Vyetnam müharibəsinin Naməlum Hərbi Qulluqçusunun dəfnləri yerinə yetirilmişdir.

ABŞ-nin bir neçə görkəmli xadimləri də burada torpağa tapşırılmışdır: Con Kennedi, Herbert Huver, Vilyam Taft, həmçinin Vətəndaş müharibəsi zamanı Virciniyada həlak olmuş 2111 döyüşçü.

İstinadlar

Xarici keçidlər Arlinqton milli qəbiristanlığının rəsmi veb-saytı

Kateqoriya:Virciniya qəbiristanlıqları Kateqoriya:Hərbi qəbiristanlıqlar Kateqoriya:Arlinqton milli qəbiristanlığı Kateqoriya:Milli qəbiristanlıqlar