Andaman və Nikobar adaları (; ) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011). Coğrafiya Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır. Bunlkardan 26-sı Andaman adaları qrupuna daxildir.. Tarix Benqal körfəzi adalarında bir neçə minilliklər boyu məskunlaşmalar mövcud olmuşdur.

İlk ingilis koloniyası burada XVIII əsrin sonlarında təşkil olundu. O 1789-dan 1796-cı ilə qədər mövcuddur. 1858-ci ildə ərazi kolonizasiyalaşdırıldı. İngilis hakimiyyəti dövründə adalar hind üsyançıları üçün sürgün və həbs yerləri olaraq istifadə edildi.

İkinci Dünya müharibəsi zamanı adalar müvəqqəti olaraq Yaponiya tərəfindən işğal edildi. Müharibədən sonra Hindistanın nəzarəti altına keçdi və 1950-ci ildə birlik ərazisi statusunu aldı. Siyasət Andaman əraziləri Hindistanın digər ştatlarının işlərinə qarışmır. Demoqrafiya Andaman və Nikobar adaları etnik və genetik tərkibi baxımından unikaldır. Əvvəllər Andaman adalarının yerliləri tanınmış dil ailələrinə aid olmayan Andaman dillərində danışırdılar (demək olar ki, hamısı indiki zamanda yoxa çıxıb). Nikobar adalarının aborigenləri Avstroasiya dil ailəsinin, eləcə də təcrid olunmuş şompens dillərində danışırdılar. İnzibati bölgü Andaman və Nikobar adaları 3 dairəyə bölünür:

№ Dairə inzibati mərkəz Ərazi,km² Əhali,nəf. (2011) Sıxlıq,nəf./km² 1 Nikobar Kar-Nikobar 1841 36 819 20,01 2 Şimali və Orta Andaman Mayabunder 3251 105 539 32,45 3 Cənubi Andaman Port-Bler 2980 237 586 79,73 Ümumi 8 072 379 944 47,07

Görməli yerləri Port-Bler Antropoloji Muzey

Meşə Muzeyi

Dəniz Muzeyi

Cellular Jail həbsxanasının tarixi Bina (Milli Memorial)

Heyvlok adası

Qarlı ağ çimərliklər (onlardan ən populyarları Vicayanaqar və Radxanaqardır)

Mərcan qayaları

Digər çimərliklər

Karmatanq (Port-Blerdən 136 km məsafədə, Orta Andamannın şimalında yerləşir)

Diqlipur adası (Port-Bledən 136 km aralıda yerləşir)

Ramnaqar çimərliyi

Kaplonq çayı (arxipelaqda yerləşən yeganə çay). Din Hindistanın 2011-ci il siyahıyaalınmasına əsasən Andaman və Nikobar adaları əhalisinin böyük əksəriyyəti hinduizm dinində (69.44%) etiqad edir. Kiçik, lakin əhəmiyyətli bir müsəlman (8.51%) azlıq var. 21.7% əhsali isə xristiandırlar. Kiçik lakin əhəmiyyətli bir müsəlman (8.51%) icması da vardır.

Maraqlı fakt Artur Konan Doyloyanın «Dördün işarəsi» hekayəsində əsas personajlardan biri Andaman adalarından olan vəhşidir. Mənbə Andaman & Nicobar Administration Web site The Andman Association Indian Reef Region — Andaman and Nicobar Islands Andaman & Nicobar Islands official tourism website Andaman & Nicobar Pictures

İstinadlar

Kateqoriya:Hind okeanının adaları Kateqoriya:Andaman və Nikobar adaları Kateqoriya:Vulkanik qövsvari adalar Kateqoriya:1956-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Şərqi Hindistan