Koolen gölü (, ) — Rusiyanın uzaq Şərq regionunda, Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşən gölü. Adının mənası — «dərin uçurum»Борис Жуланов. Мой суровый, нежный Коолень — Уральский следопыт, 1990 № 10, стр 56-59 deməkdir. Coğrafiyası Çukot dənizinin sahilindən 13 km məsafədə, Çukot yarımadasının şərqindəki Aynan silsiləsinin kənarında yerləşir. Ən yaxın yaşayış məntəqəsi 44 km məsafədə yerləşən Lavrentiya kəndidir.

Gölün yaxınlığındakı ən yüksək nöqtə Ittıvıt dağıdır (939 m). Hiodrologiya Göl tektonik mənşəlidir. Buradan yalnız bir çay axır. Koolenvem çayı Çukot dənizinin Uelen laqununa tökülür. Gölə 20 kiçik arx axır, əksəriyyəti yayda quruyur. Gölün suyu çox az midarda olsa da minerallaşmışdır. Suyu şəffafdır. Dərinlik artdıqca dərin mavi bir rəngə sahib olur. Böyük dərinliklərdə qara və mavi rəngə çevrildiyi bildirilir.

Fiziki göstəriciləri Göl dik dağlarla əhatə olunmuş dərin bir hövzədə yerləşir. Bununla belə bumeranq şəklinə malikdir. Şərq hissəsində geniş bir sahil dayaz suları əmələ gətirən çınqıl çimərlik var. İqlimi Göl hövzəsində iqlim kontinentaldır. Kifayət qədər buludsuz və sakit günlər olur. Qışda orta aylıq temperatur −15.9° C ilə −18.4 ° C, yayda + 3.9 ° C ilə + 7.3 ° C arasında dəyişir. Mütləq minimum temperatur −43 ° C-dir. Sabit şaxtalar oktyabr ayının son ongünlüyündə başlayır və mayın ilk ongünlüyünün sonunda dayam edirВодно-болотные угодья России, том 4. (сост. А. В. Андреев). — М.: Wetlands International, 2001, стр. 145 ISBN 90-5882-986-3. Fauna və flora Bitki icmalarının tərkibinə ot-kol tundra bitkiləri daxildir. Söyüd ağaclarının hündürlüyü 3 mə çatır. Buradan Alnus fruticosa növünün Avrasiyada yayılmasının şərq sərhədi keçir.

Göldən axan çay vastəsi ilə bura qızılbalıq, siqi, Dallia pectoralis sə s balıqlar daxil olur.

Göl və ətrafında 62 növ quş qeydə alınmışdır. Bunlar arasında yırtıcılardan yalnız şunqar burada yuva qurur.

Gölün yaxınlığındakı məməlilər arasında amerika sünbülqıranı, qütb tülküsü və qonur ayı vardır. Bəzən qütb porsuğuna da rast gəlinir.

Çukot folklorunda Yerli sakinlərin nəql etdiklərinə görə, gölün dərinliklərində bir neçə növ böyük balıq yaşayır. Onlardan biri nəhəng bir ölçüyə sahib olub gölün sahibi adlanır. Su içməyə gələn vəhşi və ev marallarını yeyir. Arxeoloji tapıntılar Gölün ərazisində yaşı 6000 ildən çox olan qədim ovçuların düşərgələri tapılmışdır. Burada nizə və ox ucları, ikitərəfli döşəmə və tutma ilə qaşovlar və bıçaqlar aşkarlanmışdır.

İstinadlar

Kateqoriya:Çukot Muxtar Dairəsi gölləri