thumb|250px|Kfar Masaryk kibbutzu Kibbutz (; hərfi tərcüməsi: "toplanma, qruplaşma"; cəm forması - kibbutzim ) — İsraildə kollektiv icma növü.

2010-cu ildə İsraildə 270 Kibbutz var idi. Onların fabrikaları İsrailin sənaye hasilatının 9%-i və ya 8 milliard ABŞ dolları, fermaları isə kənd təsərrüfatı hasilatının 40%-i və ya 1,7 milliard ABŞ dolları təşkil edirdi.Kibbutz reinvents itself after 100 years of history , Taipei Times, November 16, 2010 Bir kibbutzun üzvlərin sayı 40-dan 1000-ə qədər ola bilər. Onların çoxunda ortalama 300-400 arası yetkin üzvləri və tam əhalisi 500-600 arası olur.

Tarix thumb|250px|İkinci aliyanın işçiləri Miqdal tarlalarında günorta yeyirlər (1912) İlk Kibutzlar Fələstinə köçən Bilu hərəkatının üzvləri tərəfindən yaradılıb. Onların ən birincisi 1909-cu ildə təsis olunan Deqniya Alef idi. Kibbutz hərəkatının yaradıcıların bəziləri qədim Sparta ideallardan ilhamlanırdılar.The Making of Israeli Militarism, By Uri Ben-Eliezer, Indiana University Press, 1998, p. 63Land and Power: The Zionist Resort to Force, 1881–1948, By Anita Shapira, Stanford University Press 1999, 300 Birinci kibbutz üçün pul Yəhudi milli fondu tərəfindən ayırılıb. O, Təbəriyyə gölünün cənubunda yerləşir. Bundan sonra da yardılan bir sıra kibbutz həmin gölün ətrafında və İzreel vadisində təsis olunub.

20-ci, 30-cu və 40-cı illərdə, kibbutzlar böyüyürdü. 1922-ci ildə Fələstin kibbutzlarında 700 adam yaşayırdı. 1927-ci ildə, bu rəqəm artıq 2000-ə çatıb. İkinci Dünya müharibəsi başlayanda, Britaniya Mandatının altında olan Fələstindəki mövcud olan 79 kibbutzda 24105 və ya, ordaki yəhudilərin 5%-i yaşayırdı.

80-ci illərin ortasında kibbutz böhranı başlayıb. Bununla üzləşən bir sıra kibbutz islahatlar aparmağa başlayıb. O cümlədə, kibbutz üzvlərinə göstərilən xidmətlərinin özəlləşdirməsi, maaşların fərqləndirməsi, evlərin və mülkiyyətin özəl sahibliyi. Halbuki, kommunal yaşayış üslubu saxlanılıb.

İdeologiya

Kibbutz hərəkatı sosializm ilə sionizmi birləşdirən utopist icmalar kimi başlayıb. Birinci aliyah (Fələstinə göçən yəhudilər axınları) nümayəndələrin çoxluğu dini idi. İnkinci aliyah isə daha sekulyar yəhudiləri gətirib.Segev, Tom. One Palestine, Complete: Jews and Arabs under the British Mandate. Metropolitan Books, 2000, p. 255. Birinci aliyahdan fərqli olaraq, ikinci və üçüncü aliyahda daha çox sosializm tərəfindən təsirlənən yəhudilər olub. Onlar özünlə sosialist sionizmin və ya leyborist sionizmin fikirlərini gətiriblər. Leyborist sionistlər gələcək İsrailin kibbutzlar, moşavlar və şəhər yəhudilərin proliteriatın təsisçiləri idilər.

İqtisadiyyat 350px|right|thumb|Merom Qolan kibbutzunun Bental dağından görünüşü 2012-ci ildə Kibbutzların 15%-i kənd təsərrüfatı ilə məşğul idi.

Sənaye ilə məşğul olan Kibbutzların bir nümunəsi Sasa kibbutzudur. 2010 ildə onun 200 üzvü var idi və o, bir il ərzində hərbi plastik istehsalı ilə 850 ABŞ dollarlıq gəlirinə nail olub.Bulletproof Innovation: Kibbutz-Owned Plasan Sasa's Ikea-Style, Flat-Pack Armor Kits By Nadav Shemer, Fast Company Ketura kibbutzu isə İsraildə günəş texnologiyasında aparıcıdır və həmçinin, ekoturizmnən məşğuldur.

İstinadlar

Kateqoriya:Əməyin iqtisadiyyatı Kateqoriya:Kənd təsərrüfatı Kateqoriya:Sosializm Kateqoriya:İsrail mədəniyyəti Kateqoriya:Sionizm Kateqoriya:İvrit dilində sözlər və ifadələr Kateqoriya:İsraildə kənd təsərrüfatı Kateqoriya:Kənd təsərrüfatı tarixi Kateqoriya:Fələstin tarixi