Şişabanqma, «Şişa Panqma»; ) — mərkəzi Himalaydakı zirvə. Şişabanqma dünyada on dördüncü və ən kiçik səkkiz minlik zirvədir (8027 m). Coğrafiya Şişabanqma dağ silsiləsi Himalayada yerləşir və Çinin Tibet Muxtar Vilayətində, Nepalla sərhəddən bir neçə kilometr şimalda yerləşir. Lanqtanq dağ silsiləsinə daxildir. Üç zirvədən ibarət olsa da iki zirvəsi 8000 m-dən çoxdur: №ZirvəYüksəklik,mKoordinatlar 1Əsas Şişabanqma802728°21’17 ş.e.; 85°46’39 ş.u.2Mərkəzi Şişabanqma800828°21’ş.e.; 85°47' ş.u.3Molamenkinq770328°21’19 ş.e.; 85°48’34 ş.u. Dırmanma tarixi Şişabanqma Çinin Mərkəzi Tibetdə yerləşdiyindən, dünyanın ilk səkkiz minlik sonuncusu zirvəsi olaraq başda Syo Szin (, Xǔ Jìng) olmaqla, 2 may 1964-cü ildə Çin ekspedisiyası tərəfindən fəth edildi.

14 yanvar 2005-ci ildə polyak Pyotr Moravski və italyan Simone Moro ilk qış yüksəlişini edir.

Təxminən 50 il ərzində bu zirvəyə qalxmaq istəyərkən 21 nəfər həlak olmuşdur. Baxmayaraq ki, zirvəyə gedən yol səkkiz minlik marşrutlar arasında ən asanı hesab olunur.

Mənbə Summitpost.com Peakware.com İstinadlar

Kateqoriya:Dağ zirvəsi – səkkizminliklər Kateqoriya:Çin dağları Kateqoriya:Himalay