Café Central — Avstriyanın Vyana şəhərində yerləşən kafe. Keçmiş bank və birja binasının birinci mərtəbəsində yerləşir. Binanın memarı Heinrich von Ferstel olduğundan, Ferstel Sarayı adlanır.
Tarixi
Bu kafeni ilk dəfə 1876-cı ilin 16 aprel tarixində tanınmış qəhvəçi Wenzel Prückel (1838-1917) açmışdır. O, Vyanadakı Taborstrasse, 18 ünvanında yerləşən Café Nationalın sahibi idi. Prükel daha sonra Laurenzerberg 4/Schwedenplatz 3 ünvanında yerləşən Café Siller açacaqdı. Həmçinin, o, 1905-1908-ci lllərdə Ringstrassedə tanınmış “Café Prückel”in sahibi olmuşdur. Venzel Prükel 1873-cü ilin 7 iyun tarixindən Vyana şəhərinin fəxri vətəndaşı adını almışdır. O, 1890-cı ilin 15 noyabr tarixinə kimi Vyanada kafe-restoranlar sahibi olmuşdur. Ondan sonra varisi Karl Bumberger olmuşdur.
XIX əsrin sonlarında Griensteidl kafesinin yerləşdiyi Ditrixşteyn sarayı söküldükdən sonra Café Central Vyana elm-mədəniyyət xadimlərinin toplaşdığı əsas yerlərdən birinə çevrilmişdir. Buranın daimi ziyarətçiləri arasında yazıçı Peter Altenberg diqqəti daha çox çəkir. Kafeyə daxil olarkən ilk olaraq onun mumdan hazırlanmış heykəlini görmək mümkündür. O dövrdə el arasında deyirlərmiş ki, “ Peter Mərkəzi Vağzalda deyilsə, demək, ora gedir”. “Ora” dedikdə Café Central nəzərdə tutulurdu. Deyilənə görə hətta Peter Altenberg bu kafeni ev ünvanı kimi qeyd edirmiş.
Kafenin digər tanınmış müştəriləri arasında Teodor Hertsl, Alfred Adler, Eqon Fridel, Huqo von Hofmanstal, Adolf Loz (muzey-kafenin layihəsini hazırlayan), Leo Perutz, Robert Musil, Stefan Sveyq, Alfred Polqar, İosip Broz Tito, Ziqmund Freyd, Adolf Hitler, İosif Stalin və Lev Trotskini qeyd etmək olar. 1907-ci ilin oktyabrından Birinci Dünya Müharibəsi başlayana qədər Rusiyadan mühacirət etmiş Lev Trotski Vyanada yaşayıb. O, bu kafenin daimi müştərisi olub və burada şahmat oynayıb. 1938-ci ilə qədər bu kafeni zarafatla “Şahmat Akademiyası” (Die Schachhochschule) adlandırıblar. Trotski haqda hətta lətifə belə var. Deyilənə görə avstriyalı siyasətçi Qraf Henrix Klam-Martinitsdən soruşanda ki, Rusiyada inqilab etmək ehtimalı varmı? Qraf belə deyib: “İnqilabı kim edəcək? Bəlkə o tərəfdə outran cənab Bronşteyn?” Bronşteyn Trotskinin əsl soyadı olub.A. J. P. Taylor, in The Struggle for Mastery in Europe 1848-1918 (1980)
1907-1912-ci illər ərzində hər həftənin Cümə axşamı günləri Café Central Vyanada ilk dəfə elm adamlarının təşkil etdiyi Dərnəyin görüşlərinə ev sahibliyi etmişdir ..
Əyləncə üçün kafeyə müntəzəm olaraq 22 dildə 250 qəzet gətirirlərmiş. O da məlumdur ki, bu kafedə müntəzəm olaraq Taro kart oyunları oynanılırmış. Xüsusilə, Tapp Taro kart oyunları müharibə zamanı çox məşhur olub. Café Central Vienna - website. Retrieved 1 Oct 2020.
1913-cü ildə kafenin daimi ziyarətçiləri arasında Vladimir Lenin olmuşdur.
1943-cü ildə müharibə zamanı sütunlu zal qismən dağıldığına görə İkinci Dünya Müharibəsindən sonra Café Central bağlanmışdır. 1975-ci ildə Ferstel Sarayı təmir edildikdən sonra yenidən açılmışdır, lakin bu dəfə artıq sarayın həyətində deyil, əvvəllər bankın yerləşdiyi binada fəaliyyət göstərməyə başlamışdır. 1986-cı ildə burada daha bir bahalı təmir işləri aparılmışdır.
Hazırda böyük ədəbi-mədəni-tarixi mahiyyəti olan Café Central Avstriya paytaxtının turistik məkanına çevrilmişdir. Bura daxil olmaq üçün bir neçə ay əvvəldən kafenin rəsmi internet səhifəsində online yer sifariş etmək lazımdır.
Tənqidçi Volfram Zibek kafenin rəngarəng hündür qübbələrini və heyrətamiz şəkildə işıqsaçan çoxsaylı lampalarını gördükdən sonra buranı Moskvadakı "Kazan dəmiryol vağzalı"na bənzətmişdir. O, yazırdı: “Yalnız altı böyük sütunla əhatə olunmuş zalın ortasına qoyulmuş royalı gördükdə başa düşürsən ki, Moskvada deyilsən, Avropanın “musiqi mərkəzi”ndəsən”.
Ədəbiyyat Felix Czeike: . Band 1. Verlag Kremayr & Scheriau, Wien 1992, ISBN 978-3-218-00543-2, S. 533. Kurt-Jürgen Heering (Hrsg.): Das Wiener Kaffeehaus. Insel, FrankfurtM. 2002, ISBN 3-458-33018-6. Ernst Wolfram Marboe (Hrsg.): Café Central. Müller, Wien 1989, ISBN 3-900784-06-X.
The cafe appears in a pivotal scene in the 1998 novel The Magic Circle by Katherine Neville. An analogue for the cafe called Cafe Ferstel appears in Vienna in the video game Sunless Sea. The Cafe Central is the focal point of the 2023 literary work and stage play 'One Lump or Two? - Mister Hitler'] by Jonathan R P Taylor.
İstinadlar
Xarici keçidlər Сайт заведения Кафе «Централь» на сайте wien.info
Kateqoriya:İçəri Şəhər (Vyana) Kateqoriya:Vyana dairəsi Kateqoriya:Qədim şəhərdə (Vyana) yerləşən binalar və tikililər Kateqoriya:Lev Trotski