Fransa Prezidenti və ya rəsmi olaraq Fransa Respublikasının Prezidenti () — fransızların seçdikləri dövlət başçısı.

Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub. Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir.

1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (), sonra 5 il () edilmişdir.

2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz."

Hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidenti Fransua Ollandın ardınca gələn Emmanuel Makrondur.

Prezident iqamətgahı - Parisdəki Yelisey sarayıdır. Ayrıca, rəsmi iqamətgah statusunda Rambuye qalası, Parisdəki "Otel Marinyi" və Var departamentindəki Fort Breqanson qalasıdır.

Fransa prezidentləri De-yure olaraq Andorra knyazları və "Fəxri Legion" ordeninin qrossmeysterləridir.

Xarici keçidlər

Kateqoriya:Fransa prezidentləri Kateqoriya:Fransa hökuməti