Naşiçe () — Xorvatiyanın Osieçko-Baranskaya vilayətində yerləşən şəhər.
Tarixi Şəhər ilk dəfə 1229-cu ildə "Nekche" adı ilə xatırlandı. 13-cü əsrdə Məbəd cəngavərləri Naşiçeyə gələrək kilsə qurdular. Şəhər 1945-ci ilə qədər Pejaçeviç ailəsinin feodal mülkü idi. 1541-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edildi və 1687-ci ildə Avstriyanın fəthinə qədər Poyeqanın Sanyak hissəsi oldu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Naşiçe, Xorvatiya-Slavoniya krallığının Virovititsa qraflığında bir paytaxt rayonu idi. 1991-ci ilin sentyabrında Xorvatiya qüvvələri Naşiçedə Yuqoslaviya Xalq Ordusunun hərbi kazarmalarını ələ keçirdilər.
Əhalinin məskunlaşması 2011-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə 7,888 əhali var, bütün bələdiyyədə isə 16,224 nəfər. Əhalinin 88%-ni xorvatlar təşkil edir. Naşiçe bələdiyyəsinə aşağıdakı yaşayış məntəqələri daxildir: Brezik Nasiçki, əhalisi 352 Ceremosnjak, əhalisi 108 Crna Klada Qradac Nasicki, əhalisi 153 Qranic, əhalisi 109 Jelisavac, əhalisi 1,265 Ladanska, əhalisi 302 Lila, əhalisi 195 Londjica, əhalisi 190 Maklosevac, əhalisi 130 Markovac Nasicki, əhalisi 1,586 Martin, əhalisi 1,077 Naşiçe, əhalisi 7,888 Polubase, əhalisi 17 Ribnjak, əhalisi 51 Rozmajerovac, əhalisi 25 Velimirovac, əhalisi 1,129 Vukojevci, əhalisi 914 Zoljan, əhalisi 733
Həmçinin bax Xorvatiya Xorvatiya şəhərləri
İstinadlar
Xarici keçidlər Official website
Kateqoriya:Xorvatiya şəhərləri Kateqoriya:Osyeçko-Baranska jupaniyası