Yitevuşi xaqan (; ) — Son Seyanto xaqanı. Əsl adı Duomoçi olub, İncu xaqanın qardaşı oğlu idi.
Hakimiyyəti Duomi xaqanın uyğurlar tərəfindən öldürülməsindən sonra Seyantoların şərqdə qalan əhalisinin hökmdarı olmuşdu. Tan sülaləsinə tabe olmaq istəyini bildirən xaqana imperator Çui Dunli (崔敦禮) adlı bir səfir göndərmiş, əlaqəni düzəltmək istəmişdi. Lakin daha sonra xaqan fikrini dəyişmiş, Çin sərkərdəsi Li Şici (李世勣) gələndə ölkənin cənubuna qaçmışdı. Xaqanın köməkçisi Tiçen (梯真) Çinə təslim olandan sonra xaqan da Çin səfiri Hsiao Siye (蕭嗣業) tərəfindən təslim alındı. Təslim olmayan Seyantolar isə ya öldürüldü, ya da həbs edildilər.
Yitevuşi özü Çanqan şəhərində yaşamağa davam etdi, 649-cu ildən öncə də vəfat etdi.
İstinadlar
Mənbə
Şici Tonqcian, cild. 198
Kateqoriya:Seyantolar Kateqoriya:640-cı illərdə vəfat edənlər Kateqoriya:Seyanto xaqanlığı