Varşava ticarət qülləsi () — Polşanın paytaxtı Varşavada yerləşən göydələn. 43 mərtəbəli göydələnin hündürlüyü 184 metr, anten ilə birlikdə - 208 metr, Polşadakı ikinci ən yüksək göydələndir.

Qalanın inşası 1997-ci ilin iyun ayından 1999-cu ilin noyabr ayına qədər davam etdi. Bina Wyszyński, Majewski, Hermanowicz və RTKL memarlıq bürosu tərəfindən hazırlanmışdır.

Tikinti 2002-ci ildə əmlakını Apollo-Ridaya satan Cənubi Koreyanın Daewoo şirkəti tərəfindən həyata keçirilmişdir.

Həmçinin bax Avropanın ən hündür binalarının siyahısı Federasiya (kompleks) Oko (Moskva)

Xarici keçidlər Rəsmi sayt , SkyscraperPage.com

Kateqoriya:Göydələnlər