300px|thumb|right|Yunus Əmrənin qəbri Azərbaycanda müqəddəs şəxslər – Azərbaycanda yaşamış və ya burada olduğu iddia edilmiş şəxslərin siyahısı.

İbrahimi dinlər Nuh. Əfsanəyə görə Naxçıvan şəhəri Nuh peyğəmbər tərəfindən salınıb. Erməni və fars mənbələri şəhərin salınması ili olaraq eramızdan əvvəl 1539-u verir.Энциклопедический словарь Брокгауза и Ефрона Əshabi-Kəhf. Azərbaycan əfsanəsinə görə onların Əshabi-Kəhf (mağara)da qaldığı fikirləşilir.Азербайджанские сказки, мифы, легенды / составитель Азад Набиев (азерб.)русск.. — Б.: Азербайджанское государственное издательство, 1988. — С. 295-297. — 302 с. İslami Şiə imamlarının ailəsi Şahzadə İsmayıl. Məhəmməd əl-Baqirın qız nəvəsidir, imamzadəsi Bərdədədir. Şahzadə İbrahim. Məhəmməd əl-Baqirın oğludur, imamzadəsi Gəncədədir. Seyid Əqil. Musa əl-Kazımın oğlunun qəbrinin Nehrəm imamzadəsində olduğu rəvayət edilir. Həkimə xanım. Musa əl-Kazımın qızıdır, Bibiheybət məscidində dəfn edilmişdir. Xədicə xanım. Musa əl-Kazımın qızıdır, Pir Həsən türbəsi yaxınlığındakı kiçik türbədə basdırıldığı deyilir. Rzanın oğlu. imamzadəsi Naxçıvandadır. Rzanın 3 övladı. Yunus, Yusif, Siddiqə. İmamzadəsi Cəlilabad rayonu Dələli kəndindədir.

Digərləri Seyyid Xəlifə. Lənkəranda türbəsi var. Şeyx Pir Hüseyn Şirvani. Kəsranilər dövründə xanəgahı tikilmişdir. Şeyx Zahid. Lənkəranda türbəsi var. Hacı Tapdıq və Şeyx Yunus. Qaxda ziyarətgahları olduğu iddia edilir. Şeyx Babı. 1274-cü ildə türbəsi tikilmişdir. Şeyx İbrahim əfəndi. Qəbri müsəlman əhalinin ziyarətgah yeridir. Baba. Sufi şeyxidir, Şirvanşah I İbrahim dövründə türbəsi tikilmişdir. Seyid Əbu Səid Bakuvi. Musa əl-Kazımın Bakıya pənah gətirmiş qızı Hökumə ilə eyni nəsildəndir. Sofi Həmid. Ərəbistandan Bakıya köçmüşdür, burada türbəsi var. Şeyx Dursun. 1404-cü ildə ölmüşdür, türbəsi Ağsudadır. Şeyx Cüneyd. Səfəvi təriqəti rəhbəti, Qusarda türbəsi var. Şeyx Bədrəddin. Qəbələdə türbəsi var. Şükrullah Xəlvəti. Türkiyə ərazisindən Bakıya köçmüş, Seyid Yəhya Bakuvinin müridi olmuşdur. Şeyx Heydər. Səfəvi təriqəti rəhbəti, Xızıda türbəsi var. Şeyx Hacı Lələ Məlik. Culfada arvadı Xond Bikə xatın tərəfindən tikilən türbə məscid var. Miskin Abdal. Səfəvilər dövründə sufi filosof-mistikdir.Şeyx Məhəmməd. Şah I Təhmasib dövründə Qəbələdə tikilmiş türbəsi var. Şeyx Bani. Şah I Təhmasib dövründə Qəbələdə tikilmiş türbəsi var. Baba Samid ibn Bektaş. Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 1585-ci ildə tikilən məqbərəsində "xoşbəxtliklər mənbəyi olan seyidlərin başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur" sözləri yazılmışdır. Pir Həsən. Şah I Abbas dövründə türbəsi tikilmişdir. Şeyx İbrahim. Səfəvilər dövründə türbəsi tikilmişdir. İsmayıl Siracəddin Şirvani. Oğlu Şirvanzadə Mehmed Rüşdi Paşa Osmanlı dövlətinin sədrəzəmi olmuşdur. Mir Həmzə Nigari. nəqşibəndi şeyxidir, Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çox sayda müridi və xəlifəsi olmuşdur. Şeyx Mahmud əfəndi Almalı. Gəncliyində İlisu sultanı Daniyal sultanın mirzəsi olmuşdur. Hacı Mahmud Əfəndi. Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir. Qazaxda türbəsi var. Pir Cəlal. Qrız kəndində türbəsi var. Əhmədağa baba. Piri Xaçmazda yerləşir. Mir Mövsüm Ağa. Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olan şəxs kimi tanınırdı.

Xristianlıqda Müqəddəs Yelisey. Müqəddəs Faddeyin tələbəsi olmuş, Həvari Yakov tərəfindən Alban Avtokefal Həvari Kilsəsinin rəhbərliyinə təyin edilmişdir. Müqəddəs Gisa. Uti vilayətində kilsə tikir və qansız qurban verir. Müqəddəs Vaçe. Bütpərəstlikdən imtina edib İrana qarşı döyüşmüşdür. İoannın atası Zaxariyya və Nikomediyada İsa naminə şəhid olan Pantaleon. Cəsədləri Tsri valisi Xoçkorik tərəfindən tapılmışdır. Müqəddəs Qriqoris. Mxitar Qoşun katolikoslar siyahısında adı 8-ci yerdə çəkilir, Amaras monastırında dəfn edilmişdir. Ripsime və Qayane. 35 rəfiqələri ilə birlikdə Çar Tridat tərəfindən öldürülmüşdülər. Şəhid Suxias və əsgərləri. Əfsanəyə görə paqan hökmdar Datian tərəfindən öldürülmüşdülər. Bakılı İohann.

İudaizmdə Moşe Mizrahi. Özünü Məsih elan edən Şamaxı yəhudisi. Təbriz yəhudilərinin təqibinə görə Bakıda gizlənmişdi.

İstinadlar

Kateqoriya:Azərbaycanda din Kateqoriya:Azərbaycan xalq dini