Totalitarizm qurbanlarına memorial abidə — 17 iyun 2000-ci ildə Ukrayna və Polşa prezidentlərinin təşəbbüsü ilə Xarkov meşə parkında açılmış memorial abidə. Abidə Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra güllələnmiş əsir polyak zabitlərinə və yerli dinc sakinlərə həsr olunub.

Haqqında Abidə XDİK tərəfindən 1938-1940-cı illərdə güllələnmiş və meşənin ərazisində qardaşlıq məzarlığında dəfn edilmiş, polşalı hərbiçilərin adları əks olunmuş lövhələrdən və onların qarşısında yerləşən Virtuti militari xaçından ibarətdir. Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra bu meşədə 3809 polşalı zabit və 500 polşalı dinc sakin güllələnmişdir.

2010-cu ildə abidənin açılışının 10 illiyi münasibətilə Polşanın prezidenti Bronislav Komorovski Xarkova gəlmiş və abidəni ziyarət etmişdir.

Həmçinin bax Doqquz qüllə Kədər maskası Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə

İstinadlar

Ədəbiyyat İ.Aleksandrova - Nə qədər ki sağıq xatırlayacağıq () // Слобода. — 2000. — 23 iyun. Y. Soldatenko - Ümumi tarixin, ümumi talenin simvolu () // Веч. Харьков. — 2000. — 22 iyun. O. Yaroznak - Meşə parkındakı Virtuti Militari xaçı () // Время. — 2000. — 22 iyun.

Xarici keçidlər Totalitarizm qurbanlarına memorial abidə 2018-ci il Ukrayna və Polşa prezidentlərinin abidəni ziyarətləri Kateqoriya:İkinci Dünya müharibəsi abidələri Kateqoriya:Ukraynada yarananlar Kateqoriya:Kommunizm qurbanlarına həsr olunmuş abidələr Kateqoriya:Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidələr Kateqoriya:Qolodomor Kateqoriya:Xarkov