Hocazsu, Hocazsuçay, Hoçaz çayı — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. Mənbəyini Qarabağ vulkanik yaylasından (3000 m) alır. Yuxarı axımında İldırımsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlanğıcını Hocaztəpə dağından alır.
Ümumi məlumat Uzunluğu 63 km, hövzəsinin. sahəsi 414 kvadrat km-dir. Axımı əsasən qar (35%), yeraltı (55%), qismən də yağış (20%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 6,59 kub m/san.-dir. Bunun çox hissəsi yaz (35%), yay (30%), az hissəsi isə payız (20%) və qış (15%) fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 15–17%-i axıdılır. Hocazsuçaydan suvarma işlərində istifadə edilir.
Həmçinin bax Azərbaycan çayları
İstinadlar
Xarici keçidlər Hocazsuçay
Kateqoriya:Azərbaycan çayları