II Maksimilyan () — 1562-ci ildə Bohemiya və Almaniya kralı, 1563-cü ildə Macarıstan və Xorvatiya kralı, 1564-cü ildə isə Müqəddəs Roma imperatoru olan siyasi xadim.

Həyatı 1527-ci ildə Vyanada dünyaya gəldi. Atası Macarıstan, Xorvatiya və Bohemiya kralı I Ferdinand, anası isə Macarıstan kralı II Vladislavın qızı Kraliça Annadır. Adını ulu babası I Maksimilyanın şərəfinə almışdır. Doğulduğu əsnada əmisi V Karl Müqəddəs Roma imperatoru və Habsburq imperiyasının başçısı, atası isə Macarıstan, Xorvatiya və Bohemiya kralı idi. Uşaqlıq illəri atasının İnsbrukdakı sarayında keçdi və təhsilinin böyük qismini İtalyan şəhər-dövlətlərində aldı. 17 yaşında etibarən əmisi V Karlın hərbi səfərlərində iştirak etdi və hərbi təcrübə qazandı.

13 sentyabr 1548-ci ildə Kastiliyadakı Valyadolid qəsrində əmisi V Karlın qızı İnfanta Mariya ilə evləndi. Bu tarixdən etibarən əmisinin İspaniyadakı naibi kimi bir neçə dəfə xidmət etdi. Atasının kiçik qardaşı İnfant Ferdinandı Bohemiya taxt-tacına namizəd göstərməsinin ardından atasıyla münasibətləri pisləşdi. Ardından Müqəddəs Roma imperatoru ünvanının varisliyi üçün 1550-ci ilin dekabrında Almaniyaya qayıtdı və müzakirələrə başladı. Ancaq bu illərdə əmisi ilə də münasibətləri pisləşdi. Belə ki, əmisi V Karl Müqəddəs Roma imperatoru ünvanını öz oğlu II Filipp üçün miras saxlamağı düşünürdü. Bu isə həm atası I Ferdinand, həm də Maksimilyanın etirazına səbəb oldu. Bu taxt mübarizəsi əmisi oğlu II Filipplə münasibətlərinin pisləşməsinə və Habsburq ailəsinin İspaniya və Avstriya qolları arasındakı soyuqluğa səbəb oldu.

1552-ci ildə təntənəli bir mərasimlə Vyanaya daxil olan Maksimilyan Hofburq sarayında məskunlaşdı. 1556-cı ildə əmisinin taxtdan çəkilməsinin ardından atası I Ferdinand Müqəddəs Roma imperatoru ünvnanı aldı. Bu dövrdə Maksimilyanın dini inancı müzakirəyə səbəb oldu. Çünki protestant alman əsilzadələriylə yaxın əlaqələri vardı və bu, həm atasını, həm də dövrün Roma papası IV Pavelin narajhatlığına səbəb olmuşdu. papanın təzyiqləri nəticəsində, atası oğlunun məzhəb dəyişdirməsi halında taxt hüququndan məhrum ediləcəyini yazılı şəkildə bəyan etdi. Bu səbəblə, 1560-cı ildən etibarən yenidən katolik dini ayinlərinə qatılmağa başladı.

Nəhayət, 1562-ci ildə Frankfurtda baş tutan seçimdə Roma və Almaniya kralı elan olundu. Tacqoyma mərasimi Aaxendə olmayan ilk Roma kralı oldu. Qısa zaman sonra 1563-cü ildə Macarıstan və Xorvatiya kralı elan olundu. Atasının ölümünün ardından isə 1564-cü ildə Müqəddəs Roma imperatoru ünvanına sahibləndi. Taxta çıxmasının ardından tarixi alman torpaqlarındakı lüteran əsilzadələrə dini azadlıq verdi. Osmanlılara qarşı mübarizə apardı. 1566-cı ildə Zigetvar qalası qısa mühasirənin ardından Osmanlılar tərəfindən ələ keçirildi. Ancaq mühasirə davam edərkən Osmanlı sultanı Sultan Süleyman Qanuni yaşlılığı səbəbilə vəfat etdi. Ardından başlayan sülh müzakirələri 1568-ci ildə Ədirnədə bağlanan atəşkəslə nəticələndi. Beləcə, II Maksimilyan Osmanlı sultanının Transilvaniya, Valaxiya və Moldova üzərindəki taxt haqqını tanımalı oldu.

Bu illər ərzində əmisi oğlu olan İspaniya kralı II Filipplə münasibətləri yaxşılaşmışdı. Hətta, 1570-ci ildə böyük qızı hersoginya Annanı II Filipplə evləndirdi və bu, kralın dördüncü evliliyi oldu. Polşaya qarşı hərbi səfərə hazırlıq davam edərkən, 12 oktyabr 1576-cı ildə Regensburqda vəfat etdi. Ölüm döşəyində ikən son dini ayinlərdən imtina etdi. Vəfatının ardından Praqadakı Müqəddəs Vit kafedralına dəfn edildi.

Şəcərəsi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriAnna İspaniya kraliçası2 noyabr 154926 oktyabr 1580 (30 yaşında)II Filipp (4 may 1570)III FilippII Rudolf Müqəddəs Roma imperatoru18 iyul 155220 yanvar 1612 (59 yaşında) -yoxdurErnest15 iyun 155320 fevral 1595 (41 yaşında) -yoxdurElizabeta Fransa kraliçası5 iyul 155422 yanvar 1592 (37 yaşında)IX Karl (26 noyabr 1570)Valualı Mariya ElizabetMatvey Müqəddəs Roma imperatoru24 fevral 155720 mart 1619 (62 yaşında)Avstriyalı Anna (4 dekabr 1611)yoxdurIII Maksimilian12 oktyabr 15582 noyabr 1618 (60 yaşında) -yoxdurVII Albrext13 noyabr 155913 iyul 1621 (61 yaşında)İzabella Klara Yevgeniya (18 aprel 1599)yoxdurVençeslaus9 mart 156122 sentyabr 1578 (17 yaşında) -yoxdurMarqarita25 yanvar 15675 iyul 1633 (66 yaşında) -yoxdur

Mənbə

Ədəbiyyat

293

Fichtner, Paula Sutter. Emperor Maximilian II (Yale University Press, 2001) Fichtner, Paula Sutter. Historical Dictionary of Austria (Scarecrow Press, 2009)

İstinadlar

Kateqoriya:Regensburqda vəfat edənlər Kateqoriya:Müqəddəs Vit kafedralında dəfn olunanlar Kateqoriya:Roma kralları Kateqoriya:Müqəddəs Roma imperiyasının imperatorları Kateqoriya:Avstriya ershersoqları Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Çexiya kralları Kateqoriya:XVI əsr Avropa hökmdarları