Orxan Aras (; ) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü.

Həyatı Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun "İrəvannın icmal dəftəri" adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir.

Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır.

1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir.

Yaradıcılığı Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi "Əsəd bəyin həyatı və jurnalistliyi" adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır.

2009-cu ildə "Platform" dərgisinin düzənlədiyi şeir yarışmasında "Ağlama nə olursun" şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.

Hazırda Almaniyada yaşayan və Almaniya Yazarlar Birliyinin üzvü olan Orhan Aras, eyni zamanda, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvüdür.

Almaniyada yayımlanan "Referans" və "Art/Kultur" dərgisinin yayın müdirliyi vəzifəsini icra etməkdədir. Yazıları Türkiyədə "dibace.net", Azərbaycanda 525-ci qəzet və "Ədəbiyyat qəzeti" və başqa mətbuat orqanlarında dərc olunmaqdadır.

Orhan Aras almanca, türkcə və azərbaycanca yayımlanmış müxtəlif roman, şeir və araşdırma kitablarının müəllifidir. O həmçinin almancadan türk dilinə bir sıra əsərləri tərcümə etmişdir.

Ailəlidir.

Kitabları

Türkcə Karabağ’ın Gözyaşları (şiir). İstanbul: Hamle Yayınları 1997 Azerbaycan Davamız. İstanbul: Hamle Yayınları, 1998 Ayrılığın Rengi Hüzün. İstanbul: Boyut Yayınları, 2002 Aşklar Daha Ölmedi (şiir). İstanbul: Boyut Yayınları, 2003 Son Cennet. İstanbul: Anfora Yayınları, 2008 Kaşgar’dan Berlin’e Portreler ve Kitaplar. Ankara: Berikan Yayınları 2013 Oryantalistmi. Ankara: Aktif Düşünce Yayınları, 2017 Ah Türkiye Ah. İstanbul: Zengin Yayıncılık, 2017 Avrupa Türklerinin Geleceği. Köln: Winterwork Yayınları, 2018 Avrupa’da Türk Lobisi ve diasporu. Köln: Pem Yayınları, 2019 Mavi Gözlerin Aşkı. Köln: Pem Yayınları, 2019

Almanca Deutschland Gib Mir Ein Wenig Liebe (Erubli Verlag, Hamburg, 2008 Essad Bey (Köln, Pem Verlag,) 2019 Die Liebe Der Bluen Augen (Köln,) Pem Verlag, 2019

Azərbaycan dilində Xoş gördük gözəl yurdum (Bakı,) 2007 Son cənnət (Bakı, 2017).

Avropada Azərbaycan diasporu və lobbisi (Köln,) 2019

Tərcümələri (Almancadan türkcəyə) Kurban Said. Ali ve Nino (roman) Kurban Said. İstanbullu Kız (roman)

İstinadlar

Xarici keçidlər İllər öncəsinə döndüm, qayıtdım… — Orhan ARAS İdeal Muğanna — Orxan Aras Almaniyadan yazır