Rəqəmsal zəka — Rəqəmsal dünyada insanların problemlərə qarşı durmaq və adaptasiya etməsi üçün sosial, emosional və idraki bacarıqlarının cəmidir.

DQ mərhələ və sahələri Rəqəmsal zəka hər biri 8 sahədən ibarət olan 3 mərhələni əhatə edir: rəqəmsal vətəndaşlıq (Digital Citizenship), rəqəmsal kreativlik (Digital Creativity), rəqəmsal rəqabətlilik (Digital Competitiveness).

Rəqəmsal vətəndaşlıq Rəqəmsal texnologiyaların və medianın effektiv, təhlükəsiz və məsuliyyətlə istifadəsi bacarıqları.

Rəqəmsal kreativlik İdeyaların reallaşması üçün yeni məzmun, texnoloji həllər və biliklər yaradaraq, rəqəmsal ekosistemin bir hissəsi olmaq bacarıqları.

Rəqəmsal rəqabətlilik Qlobal problemlərin həlli üçün rəqəmsal texnologiya və medianın istifadəsi ilə yeni, innovativ həllər yaratmaq bacarıqları.

İstinadlar

Kateqoriya:Rəqəmsal marketinq