Caba İoseliani () — XX əsrin Gürcü siyasətçisi, qanuni oğru və Gürcüstan hərbi şurasının keçmiş üzvü.
Həyatı Caba İoseliani Gürcüstanın Xaşuri şəhərində anadan olmuşdur. Təhsilinə Leninqrad universitetinin şərqşünaslıq fakültəsində dəvam etdirdi, ancaq bitirmədi. 1948-ci ildə Leninqrad bank soyğunçuluğunda iştirak etdiyinə görə 17 il həbs cəzası aldı. Nəhayət, Gürcüstana qayıtdı və teatr-incəsənət universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra həmin universitetin kafedrasında işə başlamışdır. O, teatr tamaşaları üçün ssenarilər yazmışdır.
1989-cu ildə İoseliani qeyri-rəsmi silahlı qrup qurmuşdur. "Mxedrioni" adlanan qrupun əsas məqsədi Abxaziya və Samaçablo regionlarında seperatçı əməllərin qarşısının alınması idi. 1991-ci ildə Mxedrioni Zviad Qamsaxurdiya tərəfindən qeyri qanuni elan edildi. İoseliani də qrupun üzvləri ilə bərabər həbs olunduმეცნიერი, ქურდი და ზოგადი . გაზეთი: კომერსანტი. ავტორი: ვლადიმირ ნოვიკოვი. გამოცემა: № 9 (512). თარიღი: 10 მარტი 2003.
1991-ci ilin dekabrında İoseliani həbsdən qaçdı. Hərbi çevriliş etmək üçün Gürcüstan Milli Qvardiyasının bəzi üzvlərinə qoşuldu. 1992-ci ilin yanvar ayında İoseliani və tərəfdarları çevrilişə nail oldular. 1992-ci ilin yanvar-mart aylarında İoseliani Gürcüstanı idarə edən hərbi şuranın rəhbərlərindən biri olmuşdur.მე სხვა გზა არ მქონდა - ან ციხეში ან კომკავშირში (ინტერვიუ) . გაზეთი: კომერსანტი. გამოცემა:№ 9 (512). თარიღი: 10 მარტი 2003 Daha sonra prezident Eduard Şevardnadzenin zamanında, hüquq mühafizə orqanlarının zəifliyi səbəbindən "Mxedrioni" silahlı qüvvələrinin rəhbəri kimi nüfuzlu şəxsə çevrilmişdir.
Fəaliyyət Xilasetmə Korpusunun sədri (1989-1995) Müvəqqəti Fövqəladə Komitənin sədri (1993-1994) Gürcüstan Parlamentinin üzvü (1992-1995) Gürcüstan Hərbi Şurasının üzvü (1992-1992)
İstinadlar
Kateqoriya:Xaşuridə doğulanlar Kateqoriya:Gürcüstan hərbçiləri Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:Gürcüstan siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Gürcüstan yazıçıları