Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi Azərbaycan və Türkiyə hakimiyyəti yönümlü xəbər kanalı.
Kanalın Direktorlar Şurasının sədri Elnur Abdullayev, İdarə Heyətinin sədri isə Məmməd Gülməmmədovdur.
Global Media Groupa daxildir.
Tarixçə 2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı. Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi. Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi. Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi. İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi. Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu. Lakin o, bu vəzifədə cəmi 16 ay qala bildi. Ərdoğan Ağdaşdan sonra telekanalın rəhbəri jurnalist Faruq Dəmirəl oldu.
Həmçinin bax
CNN Türk NTV Habertürk TV
İstinadlar
Xarici keçidlər Haber Global | Facebook Haber Global | YouTube Haber Global | Twitter Haber Global | Instagram Haber Global | Canlı Haber Global | iOS Haber Global | Android
Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:Xəbər televiziya kanalları Kateqoriya:Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası Kateqoriya:Türk dilində televiziya kanalları