Giorgi Vaşadze () — Gürcü siyasətçi və Gürcüstan parlamentinin keçmiş üzvü. 21 oktyabr 2012-ci ildə Vahid Milli Hərəkət partiyasının siyahası ilə Gürcüstan Parlamentinə seçildi. Vahid Milli Hərəkat Fraksiyasının üzvü, Azlıqların Büdcə və Maliyyə Komitəsi sədrinin müavini, Gürcüstan Parlamentinin Təhsil, Elm və Mədıniyyət komitəsinin üzvü, Audit keyfiyyətinə nəzarət və Daxili nəzarət produsedurları üzrə komətəsinin üzvü olmuşdur.http://parliament.ge/ge/mp/2002 საქართველოს პარლამენტის ოფიციალური ვებსაიტი, დეპუტატი გიორგი ვაშაძე
Giorgi Vaşadze İnnovasiya və İnkşaf Naminə Qeyri Hökumət Təşkilatı Fondunun təsisçisidir, məqsıdi davamlı inkişaf etməkdə olan ölkələrdə inovasiya potensialının güclənməsinə və onların qlobal bilik cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. Bilik iqtisadiyyatı başlanğıcları üçün innovativ layihələrin təşəbbüsü, aşağıdan yuxarı ictimai və elektron demokratiya layihələrinin dəstəklənməsi, Ukrayna hökumətinin antikorrupsiya islahatlarında dəstəklənməsi və Gürcüstanın ən yaxşı təcrübəsinə əsaslanan yeni dövlət xidmətlərinin tətbiqi.
Təhsil Harvadar Business School — Liderlik inkişaf proqramı. Gürcüstan Texniki Universtetinin Dövlət idarəçiliyi üzrə iki dərəcə və Tbilisi Dövlət Universitetinin hüquq dərəcəsini almışdır.
Karyera Giorgi Vaşadze köklü islahatların başlanması, planlaşdırılması və idarə olunması sahəsində böyük təcrübəyə malikdir. 2005-ci ildən etibarən Gürcüstan Ədliyyə Nazirliyinin bir çox layihələrində fəal iştirak edir və uğurlar əldə edir. Mülki Reyestr Agentliyi (Gürcüstan, 2006–2010) rəhbərliyi altında biometrik pasportlar, şəxsiyyət vəsiqələri, rəqəmsal imzalar, vətəndaş portalı — www.my.gov.ge, vahid demoqrafik reyestr, vizual tanıma, sürətli xidmətlər, uzaq xidmətlər (onlayın, zəng) tətbiq etmişdir. Əlavə olraq Baby Book layihələri və. s.http://sda.gov.ge/ka-GE/Passport/ საქართველოს მოქალაქის პასპორტი, ბიომეტრიული პასპორტი
İstinadlar
Kateqoriya:Gürcüstan parlamentinin deputatları