Çin bağı () — çin bağı stilində süni adada salınmış park. Park Sinqapurun Qərb rayonunda Curoq su anbarında yerləşir. 1975-ci ildə JTC Corporationşirkəti tərəfindən salınmışdır.

Park pulsuz olarq səhər saat 6:00-dan axşam 19:00 qədər açıq olur. Adaya Yapon bağı parkından uzanan körpü ilə gəlmək mümkündür. Bu iki park birlikdə Curonq baları adlanır.

Parkda hər il ənənəvi olan Çin yeni ili və Payızın ortası bayramı qeyd edilir.

Parkın uzunluğu 630 m, eni 450 metrdir.

Görməli yerləri thumb|238x238px|Parka giriş

Daş aslan Parkın əsas girəcəyində iki daş aslan vardır. onlar ənənəvi Çin quruluşuna malikdir. Abidələr tayvan mərmərindən hazırlanmışdır. Çin mədəniyyətində aslan gücü və sadiqliyi simbolizə edir.

Körpülər Çin bağlarında körpülər mühüm rol oynayır. "Ağ qurşaq" adını alan aşırımlı körpü Yapon bağına gedən əsas körpüdür. deyil Pekindəki İxeyuan yay sarayı körpüsünün eynisini təşkil edir Ancaq əsas fərq Pekindəki körpüdən fərqli olaraq 17 deyil 13 aşırımlı olmasıdır. thumb|274x274px|Paqoda

Şəkil 7 qatlı paqoda elə də göyük olmayan təpənin üzrərində yerləşir. Tikili Nankin şəhərində olan paqodanın əksidir.

Bonsay bağı Bağın bu hissəsi 1992-ci ilin iyununda 3.8 milyon dollara başa gəlmişdir. Burada Çin, Malayziya, Yaponiya, Filippin, İndoneziya və Taylanddan gətirilmiş 2 000 növ bitki vardır.

Burada həmçinin bu incəsənəti öyrətmək üçün kurs vardır.

Tısbağa muzeyi Muzeydə 60 növə aid 200-dən çox tısbağa saxlanılır.

Şərq girişi Bu giriş Chinese Garden metro stansiyasının ağzında yerləşir. parka giriş ancaq qırmızı körpü ilə təmin edilir. Bu girişdə 4 daş aslan vardır.

Burada ənənəvi çin elementlərinə rastlamaq mümkündür.

Mənbə

Виртуальная прогулка по Китайскому саду

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə adalar Kateqoriya:Sinqapur adaları Kateqoriya:Süni adalar Kateqoriya:Sinqapur parkları Kateqoriya:Sinqapurun görməli yerləri