Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir.
Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.
Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Həmçinin bax Gəmiqaya Holdinq Naxçıvan Avtomobil Zavodu Nəqşicahan Holdinq Araz-Naxçıvan PFK AZCON Holdinq
İstinadlar
Mənbə Azərbaycan holdinqlərini tanıyaq — "CAHAN HOLDİNQ"
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Azərbaycan holdinqləri Kateqoriya:1995-ci ildə Azərbaycanda yarananlar