İstanbul Böyükşəhər Bələdiyyəsi (, İBB) — İstanbul sərhədlərində bələdiyyə işlərini həyata keçirən ictimai bir təşkilatdır. İstanbul Bələdiyyəsinin mərkəzi Saraçxanada yerləşir. Nuri Aslan 26 mart 2025-ci ildən İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin səlahiyyətlərini icra edir.
Tarixi Qalib gəldiyi 31 mart 2019-cu ildəki seçkilərin nəticələrinin ləğvindən sonra 23 iyun 2019-cu ildə keçirilən seçkilərdə Əkrəm İmamoğlu təkrar qalib gəldi və 27 iyun 2019-cu ildə seçki şəhadətnaməsini alaraq bələdiyyə sədri vəzifəsinə başladı. İmamoğlu 19 mart 2025-ci ildə saxlanılmış və 23 mart 2025-ci ildə həbs edilmiş, həmçinin eyni gündə vəzifədən müvəqqəti uzaqlaşdırıldırılmışdır. 26 mart 2025-ci ildə bələdiyyədə sədr əvəzinin seçilməsi ilə bağlı iclas keçirilmiş və sədrin birinci müavini Nuri Aslan müvəqqəti olaraq sədr səlahiyyətlərinin icraçısı vəzifəsinə seçilmişdir.
Büdcəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin 2019-cu il gəlir təxminləri 20 milyard 600 milyon TL, 2018-ci ildə birləşdirilmiş büdcəsi 42 milyard 600 milyon TL olmuşdur. İBB 2018 İllik hesabata görə İBB-nin ən yüksək gəlirli şirkəti 7.42 milyard TL ilə İGDAŞ oldu.
Səlahiyyət sərhədləri 22 iyul 2004-cü ildə rəsmi qəzetdə dərc edilmiş 5216 nömrəli qanunla, şəhər sərhədləri İzmit və İstanbul şəhər bələdiyyələri olmaqla il mülkiyyət sərhədləri şəklində dəyişdirilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə bələdiyyələri