"Qu quşları" fəvvarə kompleksi — Azərbaycanın Bakı şəhərində yerləşən fəvvarə kompleksi. Kompleks Bakı bulvarında yerləşir.
Tarixi Fəvvarə kompleksi 1960-cı illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir.
Fəvvarə şair Nizami Gəncəvi və bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılmış və 7 qu quşu heykəlindən ibarət idi.
2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra "Qu quşları" fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı. 2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltaraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakıdakı binalar və tikililər Kateqoriya:Bakı bulvarı Kateqoriya:Azərbaycan fəvvarələri