Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; ) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı.

Həyatı Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir.Qara Namazov, "Aşıqlar" (bioqrafik məlumat kitabı), Bakı, "Səda", 2004. səh. 101.

Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib.

Yaradıcılığı 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir.

Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır.

Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir.

Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.

Gədəbəy Aşıqlar Ansablının üzvüdür.

Azərbaycan aşıqlarının V və VI qurultaylarının iştirakçısı olmuşdur. I və II Beynəlxalq aşıq festivallarının diplomantıdır.

Filmoqrafiya Koroğlu (film, 2003)

İstinadlar

Xarici keçidlər Asiq Demir, Dastan. — YouTube saytı.

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Xəstəliklərdən vəfat edənlər