Aslan Knyaz İlyas oğlu () — Azərbaycan şairi, publisisti, alimi. Birinci Qarabağ müharibəsi iştirakçısı, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həyatı Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1968–1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979–1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib–kargüzar vəzifəsində işləyib. 1981–1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində), 1983–1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985–1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987–1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib.

1992–1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Ermənistan–Azərbaycan müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, operativ hərbi informasiyalar hazırlayıb. Birinci Qarabağ müharibəsi uğrunda aparılan savaşların iştirakçısıdır. Birinci Qarabağ müharibəsi veteranıdır.

1988–1990-cı illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında laborant, 1993–1994-cü illərdə müəllim, 1994–2006-cı illərdə baş müəllim vəzifələrində çalışıb. 1995–2004-cü illərdə Azərbaycan MEA Beynəlxalq Münasibətlər İnstitutunun (əvvəllər Milli Münasibətlər İnstitutu adlanırdı) və Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub. 2004-cü ildə "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 2006-cı ildən Bakı Dövlət Universitetinin dosentidir. "Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri" mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb. 2012-ci ilin yanvar ayında Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri seçilib. Hazırda Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-nəşriyyat işi kafedrasına rəhbərlik edir.

1988–2012-ci illərdə Bakı Dövlət Universiteti İnformasiya və sənəd menecmenti (keçmiş Kitabxanaçılıq-informasiya) fakültəsinin bakalavr pilləsində kitabxanaşünas-informator və kitabşünas-nəşriyyat redaktoru ixtisasları üzrə "Dünya kitabxanaları tarixi", "Oxucularla iş", "Sosial proseslər və kitabxanalar", "Azərbaycanda təhsil sisteminə kitabxana xidməti", "Redaktənin əsasları" və s. fənlərdən, magistratura pilləsində isə "ABŞ və Qərbi Avropa ölkələrində kitabxana-informasiya xidmətinin müasir vəziyyəti", "Azərbaycançılıq milli ideologiyasının təbliği", "Kitabxanalarla və nəşriyyatların qarşılıqlı əlaqələri", "Müxtəlif növ ədəbiyyatın redaktəsi", "Kitabın texniki redaktə problemləri", "Kitab çeşidi nəzəriyyəsi və metodikası", "Mətn nəzəriyyəsi", "Müasir jurnalistikanın problemləri" və s. fənlərdən mühazirələr oxuyub. 2012-ci ildən Bakı Dövlət Universitetinin Redaksiya-nəşriyyat işi kafedrasında bakalavriat səviyyəsində "Redaktənin əsasları", "Əlyazma kitablar", "Kalliqrafiyaya giriş", "Ədəbi və biblioqrafik redaktə", "Dünya kitab tarixi", "Azərbaycan kitab mədəniyyəti" ixtisas fənlərindən, magistratura səviyyəsində "Kitabşünaslığın tarixi və metodologiyası", "Kitabşünaslığın müasir problemləri", "Ədəbiyyat növlərinin redaktəsi", "Redaktor sənətinin aktual problemləri", "Mətn nəzəriyyəsi", "Elektron nəşriyyatlar", "Nəşriyyat işində informasiya texnologiyaları və multimedia sistemləri" və s. fənlərindən mühazirə dərsləri aparır.

1998-ci ildən Xəzər Universiteti Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dosentidir. Xəzər Universitəsində "Azərbaycan ədəbiyyatı", "Dünya uşaq ədəbiyyatı", "Azərbaycan mətbuat tarixi", "Jurnalistikaya giriş", "Jurnalistika tarixi", "Jurnalistika janrları", "Redaktə nəzəriyyəsi və təcrübəsi", "Media menecmenti" və s. fənlərdən mühazirələr oxuyur.

1979-cu ildən kütləvi informasiya vasitələrində ardıcıl çıxış edir. Müxtəlif illərdə "Bakı Universiteti", "Azərbaycan gəncləri", "Mübarizə", "Mühakimə", "Ülfət", "Səhər", "Azərbaycan Ordusu", "Borçalı", "Respublika", "Elturan" ("Milli Məsələlər") kimi qəzet və jurnallarda müxbir, redaktor və baş redaktor vəzifələrində işləyib. 1983–1990-cı illərdə Azərbaycan Dövlət Radiosunun "Gənclik" və Cənubi Azərbaycan redaksiyaları ilə sıx əməkdaşlıq edib, silsilə verilişlər hazırlayıb.

1998–2008-ci illərdə Xəzər Xəbər jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.

2001-ci ildən "Cəngi" ədəbi-bədii məclisinin yaradıcılarından və rəhbərlərindən biridir.

2007–2008-ci illərdə "Göyqurşağı" rəngli uşaq jurnalının baş redaktoru işləyib.

"Borçalı" qəzetinin redaktoru, "Borçalı" ictimai-siyasi və bədii-publisistik jurnalının redaktoru, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi əlaqələr" toplusunun baş redaktor müavini, Bakı Dövlət Universitetində nəşr olunan "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və praktik jurnalının baş redaktor müavini, "Kitabxana.az" çap və elektron jurnalının redaktoru, "Göyqurşağı" uşaq jurnalının redaktoru, "Səhər" müstəqil ictimai-siyasi qəzetinin şöbə müdiri, Xəzər Xəbər jurnalının redaksiya heyətinin üzvü, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri jurnalının redaksiya heyətinin üzvü, "3-cü baxış" Analitik-İnformasiya Agentliyinin redaksiya heyətinin üzvü olub.

Hazırda Bakı Dövlət Universitetində nəşr olunan "Kitabşünaslıq və redaktor sənəti" elmi-nəzəri və təcrübi-metodik jurnalının təsisçisi və baş redaktorudur.

1000-dən çox elmi-nəzəri, elmi-təcrübi, elmi-kütləvi, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-dan artıq kitabın müəllifidir.

Bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin ön sözünün müəllifi, rəyçisi və redaktorudur.

Şeirlərinin bir hissəsi rus, ingilis və alman dillərinə tərcümə olunub.

A. Puşkin, M. Lermontov, S. Yesenin, T. Şevçenko və başqa məşhur şairlərin əsərlərini Azərbaycan dilinə uğurla tərcümə edib.

1989-cu ildən SSRİ Jurnalistlər Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, 1992-ci ildən Azərbaycan Aşıqlar Birliyinin, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Mətbuat Şurasının, 2017-ci ildən Rusiya Federasiyası "Gülüstan" Beynəlxalq Ədəbiyyatçılar İttifaqının üzvüdür.

2011-ci ildə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının qərarı ilə "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" üzrə problem şurasına üzv seçilib.

2012-ci ildə Bakı Dövlət Universitetində yaradılmış apelyasiya komissiyasına üzv seçilib.

2012-ci ildə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Kitabxanaşünaslıq-informasiya və kitabşünaslıq-nəşriyyat işi bölməsinə üzv seçilib.

6 aprel 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü — akademiki seçilib.

Azərbaycan yazıçılarının və jurnalistlərinin son qurultaylarının nümayəndəsi olub.

2001-ci ildə İran İslam Respublikasında və Rusiya Federasiyasında, 2005-ci ildə Gürcüstan Respublikasında, 2011-ci ildə Amerika Birləşmuiş Ştatlarında, 2013-cü ildə Ukrayna Respublikasında, 2019-cu ildə Türkiyə Cümhuriyyətində işgüzar ezamiyyətlərdə olub.

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Filologiya və Pedaqogika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.

Evlidir. 2 övladı var.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı 2001 – Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq humanitar hüquq üzrə jurnalistlərin peşə treninqi" mövzusunda seminar (Rusiya, Moskva, 19–23 sentyabr 2001) 2005 – Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən "Tərcümə və transmilli proseslər" mövzusunda Beynəlxalq konfrans (Bakı, 14–15 aprel 2008) 2005 – Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELI) Təşkilatının maliyyə dəstəyi ilə Şəffaflıq Azərbaycan İctimai Birliyi tərəfindən təşkil olunmuş 4 mərhələli "Jurnalistlər üçün korrupsiya ilə mübarizə məsələlərinə dair təlim kursu" mövzusunda Beynəlxalq seminar (Bakı, mart 2005) 2008 – Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və "Qafqaz Media" ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Qafqaz Regionu Jurnalistlərinin İnformasiya Təşkilatları Arasında Fikir Mübadiləsinin İşlənmə Mexanizmi" mövzusunda Beynəlxalq konfrans (Bakı, 30 dekabr 2008) 2009 – Xəzər Universitəsinin təşkil etdiyi "Dünyada Yeni Oluşumlar və Türk Dünyası" mövzusunda Beynəlxalq Simpozium (Bakı, Xəzər Universitəsi, 29–31 may 2009). 2010 – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Qaradağ sement" ASC-nin birgə maliyyə dəstəyi ilə "Qafqaz-Media" İctimai Birliyinin QHT-lər üçün PR menecerlərin hazırlanması üzrə təlimləri layihəsində təlimçi müəllim (Bakı, 2011). 2011 – Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) "ABŞ-nin Cənubi Qafqaz və Xəzər dənizində strategiyasına baxış" mövzusunda təşkil olunmuş Beynəlxalq konfrans (ABŞ, Vaşinqton, 18 fevral 2011). 2011 – Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində təşkil olunmuş elmi-praktik konfrans (Marneuli, 18 mart 2011). 2011 – Xəzər Universitəsinin təşkil etdiyi "Azərbaycan dünya ədəbiyyatında" mövzusunda Beynəlxalq simpozium (Bakı, 27–28 may 2011). 2011 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Bakı Ofisinin təşkil etdiyi "Jurnalistika üzrə dövlət standartı: imkanlar və çətinliklər" mövzusunda dəyirmi masa (Bakı, 14 iyul 2011). 2011 – "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən "Dünyanı dəyişən müasir texnologiyalar" mövzusunda Bakı Beynəlxalq Humanitar Forumu (Bakı, Bakı Dövlət Universiteti, 10–11 oktyabr 2011). 2011 – TÜRKSOY Beynəlxalq Təşkilatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq elmi konfrans (Bakı, 13–14 dekabr 2011). 2013 – Ukrayna Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə V. N. Karazin adına Xarkov Milli Universitetində keçirilən "Müasir kitabxana: fəlsəfə, innovasiyalar, işin keyfiyyəti" mövzusunda Beynəlxalq elmi-praktik konfrans (Ukrayna, Xarkov, 23–26 aprel 2013).

Mükafatları 1977 – Ümumittifaq Gənclər Təşkilatının (SSRİ) "Əla təhsilə görə" nişanı 1979 – Qızıl medal 1982 – Nizami Gəncəvi mükafatı laureatı 1983 – İkiqat Nizami Gəncəvi mükafatı laureatı 1985 – Azərbaycan ali məktəb tələbələrinin XIII Respublika elmi konfransının qalibi 1985 – Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalının Fəxri Fərmanı 1986 – Azərbaycan ali məktəb tələbələrinin XIV Respublika elmi konfransının Fəxri Fərmanı 1991 – "Büllur Qələm" mükafatı laureatı 1994 – Həsən bəy Zərdabi mükafatı laureatı 1994 – "Səhər" qəzeti mükafatı laureatı 1995 – Şəhriyar mükafatı laureatı 1995 – Sergey Yesenin mükafatı laureatı 2000 – Ömər Faiq Nemanzadə mükafatı laureatı 2001 – Azərbaycan Jurnalistlər Birliyinin diplomantı 2001 — Certificate of Participation. The International Committee of the Red Cross. Seminar "International Humanitarian Laü in the Professional Training of Journalists". Moscov, Russia 2002 – "Qızıl saz" mükafatı laureatı 2002 – "Qızıl kitab" mükafatı laureatı