Müsəlman slavyanlar və ya Slavyan müsəlmanları — slavyanlar arasında İslam dininin davamçıları olan etnik və ya subetnik qrup. Bu termin əksər hallarda Balkan xalqlarına aid olunur.
Cənub slavyan müsəlmanları
Boşnaklar və ya "Bosniya müsəlmanları" Bosniya və Hersoqovinada çoxluq təşkil edən millət, həmçinin Serbiya, Şimali Makedoniya, Xorvatiya, Sloveniya, Monteneqro və Kosovoda etnik milli azlıqlar hesab olunurlar. Müsəlmanlar (etnik qrup) keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında təsisçi millət. Bolqarıstan müsəlmanları və ya pomaklar Torbeşlər — Makedoniya müsəlmanları Goralılar — Kosovo, Albaniya və Makedoniyada kiçik etnik qrup Xorvat müsəlmanları Serb müsəlmanları Sloven müsəlmanları
Qərbi Balkanlarda yaşayan etnik slavyan müsəlmanlar sünni məzhəbinin altkateqoriyası olan Hənəfi məzhəbinin davamçılarıdılar.
Həmçinin bax
Ölkələrə görə İslam dini Yunan müsəlmanları İslam dünyası
İstinadlar
Kateqoriya:Slavyanlar Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:İslam Kateqoriya:Slavyan xalqları