Matsey Rıbinski (; ) — Polşa generalı, Noyabr üsyanının son lideri. General Paskeviçlə təslim olma danışıqları aparılmasında ittiham olunurdu.
Həyatı 1805-ci ildə Napoleonun ordusuna qoşuldu. Gələcək marşal Lui Qabriel Süşenin yanında adyutant vəzifəsində çalışırdı, 1807-ci ildən Varşava Hersoqluğunun ordusunda xidmət edirdi.
1809-cu ildə Avstriya və 1812—1813-cü illərdə Rusiyaya qarşı Napoleon müharibələrində iştirak etmişdir. Smolens, Maloyaroslavtsem və Leypsiq döyüşlərində fərqlənmişdir. Sonuncuda əsir alınmışdır
1815-1831-ci illərdə Polşa çarlığının silahlı qüvvələrində mayor rütbəsində xidmət etmişdir. 1830-cu ilin noyabr ayında Polşa üsyanının başlanmasına fəal dəstək verdi. 1831-ci ildə Ostrolenka döyüşündə iştirak etdi.
1831-ci ilin sentyabr ayında general oldu və Polşa üsyançılarının qüvvələrinə rəhbərlik etdi. left|thumb|General M. Rıbinski mühacirətdə (rəssam Aleksandr Raçinski). Həmin ilin noyabr ayında general Paskeviçlə təslim olma danışıqları aparılmasında ittiham olunurdu. Başçılıq etdiyi 20 minlik ordu ilə Prussiyayla sərhədi keçdi.
Üsyanın yatırılmasından sonra Parisdə sürgündə yaşadı.1843-cü ildə Polşa mühacirləri arasında Hərbi Partiya () qurdu. Polşa Noyabr üsyanı barədə xatirələrini yazmışdır.
Monmartr qəbirstanlığında dəfn olunub.
Ədəbiyyat
Mirosław Krajewski, Usque ad finem. Powstanie listopadowe i partyzantka 1833 r. na ziemi dobrzyńskiej, Dobrzyńskie Towarzystwo Naukowe, Rypin 2011, ss. 205.
Xarici keçidlər
Powstanie listopadowe
Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri