Zaur Kamal (tam adı: Zaur Kamal oğlu Gülməmmədov, ) — Əməkdar mədəniyyət işçisi, müğənni, şoumen, radio dj, jurnalist, televiziya aparıcısı.

Həyatı Zaur Kamal 19 dekabr 1974-cü ildə Bolnisidə anadan olmuşdur. Orta məktəbi Bolnisi rayonunda başa vurduqdan sonra 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub. Evlidir, Bartu və Rüstəm adlı iki oğlan övladı var.

Karyerası Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda Radio TMB) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb. 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 2018-ci ildən Radio Xəzər və Radio TMB radiolarının direktorudur. 2020-ci ildən Azad Azərbaycan radiosunda "Danışır Zaur" proqramının aparıcısıdır.Zaur Kamal ATV-də işə başlayır FOTO 2021-ci ildən ARB TV-də "HəminZaur" tele verilişinin aparıcısıdır.2026 cı ildə fəaliyyəti dayandırılmışdır.Zaur Kamal ARB-yə keçdi

Duetləri Xumar Qədimova ilə "Ürəyim", "Birdə gəlməyəcək mən tək qadın" Damla ilə "Əzizim" Aygün Kazimova ilə "Sevdi ürək" Mətanət Əsədova ilə "O adamla", "Sevdi"

İstinadlar