Mirzə Yusif (vəfatı ) Qaraqoyunluların son sultanı.
Cahan şahın dövründə Mirzə Yusif Cahan şahın oğlu idi. 1464-cü ildə böyük qardaşı Pirbudağın qiyamından sonra Fars valisi təyin edildi. Ancaq 11 noyabr 1467-ci ildə Çapaqcur döyüşündə Uzun Həsən tərəfindən tutuldu və kor edildi.
Səltənəti 1468-ci ildə Cahan şahın əmir-ümərası və vəziri Pirəli bəy Baharlı tərəfindən sultan elan edildi.Muḥaddis̲, Mīr Hāshim (1982). Tārīkh-i Qizilbāshān [History of Qizilbashes] (in Persian). Tehrān : Bihnām. p. 18. Tezliklə Sultanəli (Həsənəlinin oğlu) və Ağqoyunluların rəqib şahzadəsi Mahmud bəy (Qara Osmanın oğlu) ilə birləşdi. Luristanda bir sıra hərbi uğurlar əldə etdilər. Ancaq tezliklə Uzun Həsən tərəfindən məğlub edildi və 1469-cu il 22 oktyabrda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən öldürüldüyü Şiraz şəhərinə çəkildi. Pirəli bəy Baharlı isə Həsən Bayqaranın sarayına qaçdı.
Ailəsi Qızı Xədicə bəyim Əlvənd Mirzənin oğlu Pirqulu bəylə evləndi. Onların nəvəsi Sultanqulu Qütbülmülk daha sonra Qütbşahlar sülaləsini əsasını qoydu.Ramanand Vidya Bhawan, The Indian Historical Quarterly, Volume 16, Issues 1-4, 1985, p.711
İstinadlar