Qraf İvan Osipoviç Simoniç (; ) — rus hərbçisi və diplomatı.

Həyatı Dalmasiyanın Şönbrunn müqaviləsi (1809) çərçivəsində Fransaya birləşdirilməsindən sonra Napoleon qüvvələrinə qoşuldu və 1812-ci ildə Korsika batalyonunun kapitanı olaraq Rusiyaya qarşı kampaniyada iştirak etdi. Krasnoye döyüşündə əsir altına alındı və Kazan şəhərinə yaşamağa göndərildi. 1814-cü ildə imzalanan Paris sülh müqaviləsi vətəninə qayıtmağı mümkün etdi, lakin bu zaman Dalmasia Avstriyanın bir hissəsi oldu və Simoniç Avstriya sarayına xidmət etmək istəmədiyindən, Rusiyaya qoşunlarında xidmət etmək üçün müraciət etdi.

1816-cı ildən Kremençuq piyada alayının kapitanı oldu, 1818-ci ildə mayor rütbəsinə qaldırıldı və Qafqazdakı cəbhə alaylarından birinə təyinat aldı. 1822-ci ildən gürcü qrenader alayının batalyonunun komandiri, 1825-ci ildən bu alayın komandiri, yəni podpolkovnik rütbəsində çalışırdı. 1822-ci ildə acarlara qarşı kampaniyada iştirak etmişdir, Rus-İran müharibəsi zamanı 1826-cı ildə baş tutan Yelizavetpol döyüşündə iştirak etdi və buna görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edildi. Burada sol ayağından ağır yaralanmışdır. Öz alayı ilə birgə 1827-ci il İran yürüşü və 1828–1829-cu illər rus-türk müharibəsində iştirak etmişdir.

1830-cu ildə rütbəsi general-mayora qədər qaldırıldı.

1832-ci ildə İranın səlahiyyətli naziri təyin edildi. 1838-ci ildə Məhəmməd şahın şəxsi komandanlığı altında fars qoşunları tərəfindən mühasirəyə alınan Herat şəhərinin yaxınlığında döyüşdə məsləhətçi kimi iştirak etmişdir. Elə həmin il İrandan geri çağrıldı.

Polşa çarlığının canişi İvan Paskeviç Simoniçi İvangorod qalasının komendantı təyin etdi.

1843-cü ildə general-leytenant rütbəsinə qaldırıldı.

Ailəsi Amilaxvarı gürcü knyaz soyundan olan Anna Atarovna ilə evliliyindən iki oğlu Konstantin və Nikolay və qızı Yelena (knyaz P. P. Qolitsinə ərə getmişdir) oldu.

Müəllifliyi 1829-cu il Tehran hadisələri, Qriboedovun ölümü və İran müharibəsi ilə bağlı qeydləri əks etdirən xatirələrin müəllifi:

Персидская война. Кампания 1826 года, из записок графа Симонича // Кавказский сборник. Т. 22, 1901.

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər İvan Osipoviç Simoniç Simoniç İ. O. QEYDLƏR Simoniç İ. O. səlahiyyətli nazirin xatirələri

Kateqoriya:Rusiya imperiyasının İrandakı səfirləri Kateqoriya:Rusiya-İran müharibəsi (1826-1828) iştirakçıları Kateqoriya:Əlillər Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1828–1829) iştirakçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Müharibə əsirləri