Henri Heymlix (almanca: [haɪ̯mlɪç]; ) — amerikalı torakal cərrah və tibb təqdiqatçısı. Öz adını verdiyi hemlix manevri texnikası ilə məşhurdur. Bu texnikanı insanların nəfəs borusunda hər hansı bir qida və ya yad cismin qalaraq ölməsinin qarşısını almaq üçün ixtira edib. Eyni zamanda daşınabilinən oksigen sistemi olan Mikro Trachın da ixtiraçısıdır.

Erkən həyatı və təhsili Henri Uilminqton,Delaver,ABŞ-də dünyaya gəlib.Meri və Filip Heymlixin övladıdır.Ata tərəfdən nənə-babası macar-yəhudi İmmiqrantları,ana tərəfdən isə rus Yəhudiləri olub.O,1943-cü ildə Kornell Universitetindən məzun olub

Heymlix manevri Heimix manevrinin məqsədi qarın boşluğuna təzyiq göstərməklə nəfəs borusuna qaçan hər hansı bir cismi çıxarmaqdır.Heymlix bunun haqqında ilk dəfə 1974-cü ildə nəşr etdirdiyi Emergency Medicine məqaləsində yazıb.Bu texnikanın ümumilikdə 50000 dən çox insanın həyatını xilas etdiyi bilinir.

Ölümü Heymlix 2016-cı ildə evində ürək tutmasından vəfat edib.

İstinadlar

Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:ABŞ həkimləri Kateqoriya:İlk yardım Kateqoriya:ABŞ tibbi tədqiqatçıları